Biz imzaları yox, əsərləri dərc edirik...

İçərişəhərdə “Azərbaycan xalçaları” adlı sərgi açılacaq
270
11 Oktyabr 2019, 14:37
  Oktyabrın 12-də İçərişəhərdə yerləşən "Art Tover” rəsm qalereyasında "Azərbaycan xalçaları” adlı sərgi açılacaq.
  AZƏRTAC xəbər verir ki, sərgi "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi, "Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşacaq.
 
 

  Dekorativ Tətbiqi Sənət Festivalı çərçivəsində təşkil olunacaq sərgidə müxtəlif növ xalçalar nümayiş ediləcək.   Sərginin təqdimatında hər kəs iştirak edə bilər.