Biz imzaları yox, əsərləri dərc edirik...

“Hüseyn Cavid. Vətənə qayıdış"
999
30 Yanvar 2017, 11:55

2015-ci il 27 noyabr tarixində "Kaspi" Təhsil Şirkətinin və "Kaspi" qəzetinin təşkilatçılığı ilə "Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomunun və kitabının təqdimat mərasimi keçirilib.Tədbirdə öncə fotoalbomla bağlı videoçarx nümayiş etdirilib. Sonda "Hüseyn Cavid. Vətənə qayıdış" müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə Ziyadxan Əliyevin "Hüseyn Cavid romantizmi rənglərin işığında" məqaləsi 1-ci yerə, Elnarə Akimovanın "Cavid yaradıcılığı: zamana baxış kontekstində" məqaləsi 2-ci yerə, Gülnarə Səmanın "Cavidanə uçurum" məqaləsi 3-cü yerə layiq görülüb.