Biz imzaları yox, əsərləri dərc edirik...

Həyatı əyləncə görənlərin romanı – Dəniz Pənahova yazır
2307
10 Sentyabr 2019, 13:07
  Artkaspi.az saytıDəniz Pənahovanın "Salam, kədər” haqqında yazısını təqdim edir:

  Salam kədər – "Əcaib hərtərəfli əxlaqsız, hərtərəfli Fransız nağılı. The Times” Fransızları dünyanın ən əxlaqsız xalqı seçiblər bir vaxtlar. Buna baxmayaraq mədəniyyətin beşiyi, demək olar ki, bütün  ədəbi cərəyanların yarandığı yerdi Fransa. "Fransa” sözünün mənalarından biri də azad deməkdi.  
  Fransuaza Saqanın "Salam, kədər” romanı yeniyetməlik vaxtlarında yazdığı və çox qısa müddətdə dünya çapında böyük uğur qazanmışdı. Erkən yaşda gələn ədəbi şöhrət  ömrünün bütün illərində onu izləmişdi. Mövzusuna filmlər çəkilmiş bu  romandan ağız dolusu tərif yağdırmayacam. Elə məni də bu ekzotik ad cəzb etmişdi. 
  Onu havalı burjua xarakterləri yaradan güclü romantik əsərləri ilə tanıyırıq. Həmçinin onun yaratdığı xarakterlər Selincerin əsərlərindəki qəhrəmanlar kimi pozulmuş gəncliyin ikonuna çevrilir. Əsərlərində daha çox qadın qəhrəmanların psixoloji qatlarına enir. 
  "Salam kədər” əsərini 18 yaşlarında çap etdirib. Zatən çox yazıçı ilk kitabını yandırmaq istəyir. Ona bu qədər uğur gətirən əsərin zəif tərəflərindən bəhs edəcəyəm. Bizim cəmiyyətdə də belə bir kitab çap olsaydı, məncə, ölkə çapında populyarlaşardı. Bilirik ki, bizdə yaxşı kitab az oxunur, az satılır. Bu qədər məşhur olan, filmlər çəkilən əsər yəqin ki, bulvar ədəbiyyatı silsiləsindəndi deyə düşünə bilərik. Şübhəsiz ki, ad seçiminin də  böyük rolu var. Saqanın əsərləri roman janrının dəbdə olan dönəminə tuş gəlmişdi, bəlkə də, ona görə bu qədər populyarlıq qazandı. Zəif deyərkən yəni oxucunu o qədər də təsirləndirməyən cümlələr və mövzusunda klassik Fransız həyatı, fransız gəncliyi görürük. 
  "Salam, kədər"in mövzusu məsuliyyət hissi olmadan yaşamağa alışanların, yenidən düzəlməyəcəyi, həyatı əyləncədən ibarət görənlərin romanıdı. 
  Belə bir deyim var axına qarşı duranlar ya yıxılır, ya da yıxılır.
  Ərgənlik dönəminə kimi öz içində böyütdüyü vərdişləri, meylləri buluğ çağına çatanda buraxmaq çətin olur.    Keçək romana...
 
 

  17 yaşındakı Sesil atası Roland ilə birlikdə yaşayır, istədiyi hər şeyi edir, çünki məsuliyyətsiz, zəngin bir kişinin qızıdı. Sesil üçün sevgi anlayışı tamam fərqlidi. O, acı çəkmək əvəzinə sevgini əyləncəyə çevirib istədiyi ilə  münasibət quran, sıxılanda da keçici bir həvəs kimi uzaqlaşan elə, əslində, klassik fransız qızıdı. Displinsiz yaşamaq onun həyat anlayışına çevrilib. Anasını itirib. Ata-qız həyatı dolu-dolu yaşayan, heç kimə ehtiyacı olmayacaq qədər güvəndə günlər keçirir. O atasına iki ildi qovuşub. Manastr məktəbindən yeni ayrılıb. Atasının Elza adında sevgilisi var.  Elza isə ağlı havada olan gənc bir qadındı. Atası da qızı kimi tez-tez sevgili dəyişən rahat, ağrısız, acısız yaşayan əhlikef bir adamdır. Tətilə çıxmaq üçün dənizkənarı bir yerdə villa kirayələyirlər. Üçü birlikdə tətilə gedir. 
  Gözəl bir tətil səhəri atası bir xəbər verir Sesilə. Anasının köhnə bir dostu Anna onları ziyarətə gələcək. Anna ciddi həyatı olan, disiplinli, təhsilli, mədəni, həyatı əyləncə kimi görənlərə yuxarıdan aşağı baxan bir qadındı. 
Bu ziyarətdən Sesil heç də məmnun deyil. 
  Sesil qorxur, qorxur ki, bu azadlıq rahatlıq əlindən alına bilər. Qorxduğu başına gəlir. Əslində atası əhlikef adam olduğundan keçici münasibətlər yaşamağa alışıb. Fəqət hər şey dəyişəcək. Sesilin atası Annaya aşiq olacaq. Annaya aşiq olması, Elzanı tərk etməsinin altında gizli bir şey yatır. Qızının gələcəyi... mən belə düşünürəm.
  Məncə, ata öz əyləncələrinə son qoymağı, bir qadınla yaşama məcburiyyətini sırf qızı üçün edir. Qızının gözəl bir gələcəyi, təhsilli ciddi həyatı olsun deyə Anna ilə Parisə qayıdanda evlənəcəklər. Yoxsa kim rahatlığından əl çəkər ki. Sesil qarışıq fikirlərin təlatümündədi. Bir yandan xəyallar qurur ki, Anna kimi ciddi kültürlü bir həyatı olacaq. Amma digər yandan azadlığını itirmək istəmir. 
  Sesil çimərlikdə Siril adlı yaraşıqlı oğlanla tanış olur. Onu sevməyə başlayır. Amma hisslərindən də tam əmin deyil. Anna Sesilə Universitetə hazırlaşmalı, Sirillə bir daha görüşməməli olduğunu deyir. Evdə Annanın sözü keçir. Hətta bir dəfə Sesili dərs oxusun deyə tətil günü otağa "kilidləyir”. O da dərs oxumaq əvəzinə qalın yoqa kitabını oxuyur.  Anna Sesil arasında münaqişə getdikcə dərinləşir. Küslüklə başlayan nifrət böyüyür. 
  Sesil Annanı günəş qədər isti olan xoşbəxt həyatlarından çıxarıb yox etmək üçün planlar qurur. Plana Elzanı və sevgilisi Sirili də qatır. 
  Elza bu planı göydə quş kimi tutur. Təbii ki, razıdı və zəngin bir sevgilini itirmək istəməz. Sirillə Elza yalandan sevgili kimi davranır, tez-tez Rolandın gözünə görünməyə onu qısqandırmağa çalışır. Atasını tələyə düşürürlər. Hətta qısqanmaq bir yana gizli bir mətləbi qeyd edim, Rolland bir şeyi həzm etmir. Keçmiş sevgilisi Elzanın qızının sevgilisi ilə birgə olması. O, qızına qarşı bir utanc duyğusu yaşayır. Atalıq hissidi bu. Çünki, qızının Sirillə sevgili olmasına etiraz etməmişdi, normal qarşılamışdı. Amma Sesillə Siril hələ də gizlində bir-birlərini sevirlər. Parisə gedəndə evlənmək istəyirlər. Amma yenə də Sesil tərəddüddədir. Məqsəd Sadəcə Atası ilə Annanı ayırmaqdı. Zaman keçdikcə Sesil hiss edir ki, Anna ideal bir qadındır. Çünki hər dəfə hər mövzuda Anna haqlı çıxır, hər zaman məntiqli davranır. Çox qəribədir yaxşı bu qədər ciddi və mədəni bir qadın nəyə görə Roland kimi bir kişi ilə evlənməyə razılıq versin ki? Sevgimi yarandı aralarında yoxsa məqsəd rəfiqəsinin qızıdı? Kim belə bir fədakarlığı öz üzərinə götürə bilər ki? Bəlkə də onlar həqiqətən bir-birlərinə aşiq olublar. Görək əsərin sonluğu kartları açacaqmı.
  Nəhayət, Sesilin planı gülləni çaxır. Elza nəhayət Rolandı təhrik edə bildi. Onları öpüşərkən görən Anna mənəvi olaraq yıxılır. Evlənəcəyi adam onu aldadır. Halbuki, onlar da Elzaya bunu etmişdilər. Bunun heç kim fərqində olmur. Anna maşına minib villadan ayrılır. Onu gedərkən Sesil dayandırmağa çalışır peşman olur, hər şey mənim planımdı deyir. Amma nə fayda. Annanın kədərli üzü və göz yaşları qarşıdakı uzun illər Sesilin ürəyinə axacaq. Anna yolda qəza keçirir və ölür. Atası ilə birgə xəstəxanaya gedirlər. Hətta üzr məktubu yazırlar Annaya. Amma heç bir faydası olmur. Onlar bu qəzadan özlərini günahkar bildikləri an günahkarlıq hissindən bir anda daşınırlar. Hər dəfə polisin dediklərini xatırlayırlar. Annanın qəza etdiyi yerdə hər gün bir qəza baş verir. Yəni bu təsadüfdür.
  Tətil bitir və onlar Parisə qayıdırlar. Sesil Parisdə olanda Sirillə heç görüşmür də. Onu tərk edir. Köhnə həyatına davam edir, yeni bir oğlanla tanış olur. Fəqət bir adamın adını beyninə qəlbinə həkk edib. "Anna Lorsen" "Salam Kədər"