Biz imzaları yox, əsərləri dərc edirik...

Həmidə Ömərovanın hekayələr kitabı çıxıb
316
17 İyul 2019, 12:47
  Xalq artisti Həmidə Ömərova hekayələrindən ibarət kitab nəşr etdirib.
  Aktrisanın Kulis.az -a verdiyi məlumata görə, "Mən öləndən sonra xoşbəxt idim” adlanan kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəşriyyatında məhdud tirajla buraxılıb:
  "Əslində, kitabı yaxın dostlarım üçün buraxmışam. Əgər tələbat olarsa, tirajını artırıb təqdimat mərasimi keçirmək barədə düşünəcəm.”

  Kitaba bir kinossenari, bir serial ssenarisi və 15-20 il ərzində qələmə alınan həyat hekayətləri, o cümlədən vaxtıyla Lent.az saytında yayımlanan köşə yazıları daxil edilib.
  Kitabla tanış olanlar müəllifin heç yerdə oxumadıqları təzə yazıları ilə də tanış olacaqlar.