Biz imzaları yox, əsərləri dərc edirik...

“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
486
08 Aprel 2021, 12:56
 "Hədəf  Nəşrləri”  "Balabilgə” uşaq seriyası kitabları üçün müəllif tenderi elan edir.
 Tender müasir tərzdə uşaq ədəbiyyatının yaradılması, yeni və milli uşaq xarakterlərinin meydana çıxması, yerli müəlliflərə stimul verilməsi və s. məqsədləri özündə ehtiva edir.
 İlk layihə – 10 kitabdan ibarət silsilə "Bilgənin macəraları” adlanacaq.
 
 

 Silsiləyə aşağıdakı kitablar daxildir:
1. Həkim Bilgə
2. Mühəndis Bilgə
3. Müəllim Bilgə
4. Prezident Bilgə
5. Biznesmen Bilgə
6. Səyyah Bilgə
7. Polis Bilgə
8. Proqramçı Bilgə
9. General Bilgə
10. Rejissor Bilgə

 İlkin mərhələdə iddiaçı müəlliflərlə görüş keçiriləcək, silsilənin konsepti ətraflı izah olunacaq, bir kitabın yazılması üçün vaxt veriləcək.
 İkinci mərhələdə artıq yazılan hekayələrə nəşriyyat tərəfindən yaradılmış komissiya üzvləri baxacaq, ümumi rəylər verəcəklər.
 Üçüncü mərhələdə qalib elan olunacaq və onunla növbəti 9 kitabın yazılması üçün müqavilə bağlanacaq.
 Müraciətçilər aşağıdakı anket formasını doldurmalıdırlar:
 http://bit.ly/balabilge_tender
 Anket formasını göndərmək üçün son tarix: 20.04.2021.