Biz imzaları yox, əsərləri dərc edirik...

Hədəf Nəşrləri bir aylıq kitab sərgisinə başlayır
428
09 Avqust 2018, 14:13
 "Hədəf” Nəşrləri və "XAN” nəşriyyatı Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti Kitab Sərgi-Yarmarkasına start verir. Sərgi-Yarmarka avqust ayının 15-dən etibarən bir ay müddətində Binəqədi rayonunda yerləşən H.Əliyev adına parkda keçiriləcək.
 
 
 
  Həftənin bütün günləri təşkil olunacaq Kitab Sərgi-Yarmarkası hər gün saat 11:00-dən 22:00-yə qədər davam edəcək. Sərgi müddətində "XAN” nəşriyyatının yazarlarının oxucularla görüş günləri nəzərdə tutulub.
  Qeyd edək ki, sentyabrın 15-nə qədər davam edəcək Kitab Sərgi-Yarmarkasında nəşrlərə böyük endirimlər olacaq.