Biz imzaları yox, əsərləri dərc edirik...

“Günahsız günahkarlar”ın nümayişi davam edir
33
10 Oktyabr 2018, 12:26
  Oktyabrın 10-11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Arzu Soltanın "Günahsız günahkarlar” tamaşasını nümayiş etdirəcək.
 

 
 

  AZƏRTAC xəbər verir ki, əsərdə insan alverinə qarşı maariflənmə mübarizə forması kimi qabardılır. Ali məktəblərdə nümayiş olunacaq tamaşa 1 saat 10 dəqiqə davam edir.
  Müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim olan əsərdə rəqslərin quruluş Könül Şahbazova məxsusdur.