Biz imzaları yox, əsərləri dərc edirik...

Gənc Tamaşaçılar Teatrında “İtalyansayağı xoşbəxtlik”
456
03 İyun 2020, 08:53
 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 11-də saat 19:00-da "İtalyansayağı xoşbəxtlik” tamaşasını sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş etdirəcək.
 AZƏRTAC xəbər verir ki, görkəmli italyan dramaturqları Dario Fonun "Markolfa” və Pepino de Filipponun "Don Raffael Tranbomçu” əsərlərinin əsasında hazırlanmış ikihissəli komediyanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Əməkdar artist Boris Lukinskiyə, bədii tərtibatı Zəminə Orucovaya, musiqi tərtibatı İradə Muradovaya, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.
 
 

 Tamaşanın süjet xətti otuz altı aydır evində xadiməlik etdiyi sahibi Markiz Treratedən bir qara qəpik almayan Markolfa bir anda uduşlu lotereyadan zənginləşməsi üzərində qurulub. Eyni gündə 3 nəfər – Cuzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cuzeppe (30 ildir ki, Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlanır...
 Tamaşanın ikinci hissəsində nümayiş etdirilən "Don Raffael Tranbomçu” mahiyyət və süjet xətti etibarilə "Markolfa” ilə çox oxşardır. Əvvəlki tamaşada olduğu kimi, burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Raffael, elə bir anın içində də müflisləşir...