Biz imzaları yox, əsərləri dərc edirik...

“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
110
08 Aprel 2020, 18:18
 "Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin və "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir.

 Layihənin əsas məqsədi xüsusi karantin rejiminə riayət edərək #Evdəqal an vətəndaşlar üçün psixoloji dəstək verməkdir.
 Layihə çərçivəsində beynəlxalq sertifikatlı mütəxəssislər tərəfindən müxtəlif mövzularda onlayn psixoloji vebinarlar veriləcək, izləyiciləri narahat edən suallar cavablandırılacaq, onlayn psixoloji testlər ediləcək və Covid-19 pandemiyasının insanlarda yarada biləcəyi psixoloji problemlərdən qorunmaq üçün maarifləndirmə işləri aparılacaqdır.
 "Evdə qalaq, bilgi alaq ” adlı onlayn psixoloji dəstək layihəsinə 08.04.2020-ci il tarixdən başlayaraq həftə içi hər gün saat 21:00-da aşağıda göstərilən linkə daxil olaraq qoşula bilərsiniz.