Biz imzaları yox, əsərləri dərc edirik...

Eşqi topuğuna vurub dik-dik dingildəmək – Niyə belə deyirik?
1251
13 İyun 2019, 12:53
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:

 Bu məzəli ifadə Əbdürrəhimbəy Haqverdiyevin "Pəri cadu” pyesindən yayılmışdır. Əsərdə Təlxək əcinnə tez-tez bu şeiri oxuyur:
 
 

 
 Dolaydan keçən qarı,
 Köndələn sevdim səni.
 Eşqin vurub çarığıma,
 Dik-dik dingildədir məni.
 
 X.Mütəllibovun "Ələkbərovun lələsi, Əliyevanın şələsi” felyetonunda anbardar belə deyir: "..30 kiloqram ağ balığın eşqi vurub topuğuma, məni dik-dik dingildədir”.
 S.Rəhimovun "Süd gölü” hekayəsində deyilir: "Lakin nə Mazan, nə də Matan bu dünyadan nakam getmək istəmirdi. Ancaq eşqləri topuqlarına vurub şıltaq danalar kimi hər ikisini dingildədirdirdi”.