Biz imzaları yox, əsərləri dərc edirik...

Elçinin “Baş” romanı Misirdə nəşr olunub
327
16 May 2018, 12:18
 Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələr çərçivəsində ərsəyə gələn növbəti nəşr – görkəmli Azərbaycan yazıçısı Elçinin "Baş” romanı Misirdə işıq üzü görüb.
 
 
 
 

  Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Misirin "Ən-Ədəb” nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Əhməd Sami Elaydi tərcümə edib.
 

Xəbər lenti