Biz imzaları yox, əsərləri dərc edirik...

Əjdər Olun yeni romanı təqdim olunacaq
503
11 Dekabr 2019, 09:23
  Dekabrın 14-ü saat 15:00-da "Əli və Nino” kitab mağazasının "Park Bulvar” filialında Əjdər Olun "Lo” romanı təqdim olunacaq.
 
 

  Əsər son iki yüz ildə xalqımızın ən böyük hadisələrinin baş verdiyi 1988-1993-cü illəri əhatə edir. Bir-birini izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət müstəqilliyinin, Qarabağ müharibəsinin fəal iştirakçılarıdır.
  Roman "Qanun" nəşriyyatında çap olunub.