Biz imzaları yox, əsərləri dərc edirik...

“Əjdər Ol – 60” adlı kitab sərgisi açılıb
335
17 Avqust 2018, 17:31
  Avqustun 17-də M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasında şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun anadan olmasının 60 illiyi münasibətilə "Əjdər Ol – 60” adlı kitab sərgisi açılıb.
 
 

  Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə olan kitabları, tərcümə etdiyi, redaktoru olduğu, "Ön söz” yazdığı kitablar, haqqında yazılan kitabları, dövri mətbuat materialları nümayiş olunur.
  Sərgi bir həftə davam edəcək.