Biz imzaları yox, əsərləri dərc edirik...

“Əhsən sənə, Əhsən!” kitabı işıq üzü görüb
354
09 Avqust 2019, 09:04
 Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli virtuoz tarzən Əhsən Dadaşovun həyat və yaradıcılığından bəhs edən "Əhsən sənə, Əhsən!” kitabının nəşri başa çatdırılıb.
 
 

 Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yazıçı-jurnalist Rafiq Hacıyevin müəllifi olduğu kitabın bədii obrazlı dili ustad tarzənin əhatəsində olduğu mədəni mühiti və şəxsləri real surətdə nəzərə çarpdırmaqla bərabər, Ə.Dadaşovun zəngin yaradıcılıq yolunu və geniş daxili aləmini oxucuya təqdim edir.
 Kitab Mədəniyyət Nazirliyinin tabeçiliyindəki aidiyyəti qurumlara paylanılacaq.