Biz imzaları yox, əsərləri dərc edirik...

“Əbədi ezamiyyət” sənədli filmi ispan dilində nümayişi
116
25 Sentyabr 2020, 11:10
 Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş "Əbədi ezamiyyət” sənədli filmi İspanıyada ispan dilində subtitrlərlə nümayiş olunub.
 AZƏRTAC xəbər verir ki, Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə onlayn qaydada təşkil edilmiş videokonfransda İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

 Ekran əsəri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən sənədli film 1919-cu il Paris Sülh Konfransına ezam olunmuş Azərbaycan nümayəndə heyəti üzvlərinin milli dövlətçilik ideyaları, ölkəmizin müstəqilliyinin tanıdılması uğrunda apardıqları mübarizədən, onların keşməkeşli taleyindən və qürbətdə bitən ömür yolundan bəhs edir.
 "Nexos Assosiasiyası – Sivilizasiyalar Alyansı” təşkilatının prezidenti, İspaniya İpək İnstitutunun vitse-prezidenti Enrike Qaspar çıxış edərək filmin subtitrinin ispan dilinə tərcümə edilməsinin onda filmə qarşı marağı daha da artdığını, filmin çəkilişlərinin peşəkarcasına aparılaraq, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alındığını, ümumiyyətlə filmin layihəsi üzrə 6 aya yaxın işin davam etdiyini bildirib.
 "Əbədi ezamiyyət” filmi videokonfrans iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.