Dövlət Rəsm Qalereyası 2 fevral - Gənclər Günü ilə əlaqədar olaraq açılacaq "Axın” sərgisinə rəsm əsəri qəbulu elan edir.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, sərgidə iştirak etmək istəyən rəssamlar öz ad, soyadı və əsərin fotosunu məlumatları ilə birlikdə resmqalereya@gmail.com adresinə göndərməlidirlər.
Əsərlərin qəbulu yanvarın 28-dək aparılacaq.