Biz imzaları yox, əsərləri dərc edirik...

Dövlət mən özüməm – Niyə belə deyirik?
1621
14 Mart 2018, 09:13
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:

 İfadə özündən razı, özünü bütün cəmiyyətdə yeganə vücud hesab edən, habelə rəhbər mövqedə olub özbaşınalıq edən adamları səciyyələndirmək üçün işlədilir. 
 

 
 Bəzi tədqiqatçılar bu ifadəni ilk dəfə Fransa kralı XIV Lüdovikə (1643-1715) istinad edirlər. 1655-ci ildə zadəganlar, şəhərlilər və ruhanilərdən ibarət Fransa parlamentinin iclasında XIV Lüdovikdən xahiş edilmişdi ki, o öz siyasətini dəyişsin. "Nə üçün?”  deyə kral təəccüb etmiş və qaşlarını çatmışdı. "Çünki bu siyasət dövlətin siyasətinə ziddir” dedikdə, kral: "Dövlət mən özüməm” cavabını vermişdi. Parlament də əlahəzrətin iradəsi ilə hesablaşmağa məcbur olmuşdu. Tədqiqatçıların bəziləri XIV Lüdovikin bu ifadəni işlətdiyinə şübhə edirlər. Lakin burası var ki, Fransa kralları həmişə edirlər. Lakin burası var ki, Fransa kralları həmişə özlərini belə aparmış, özləri barədə yüksək fikirdə olmuşlar. Həm də məşhur Fransa yazıçısı Aleksandr Düma özünün üç muşketyor haqqında trilogiyasının üçüncü hissəsi olan "Vikont de Brajelov və ya on il sonra” romanında kral XIV Lüdovikin nitqində həmin ifadəni olduğu kimi işlətmişdir.
 C.Məmmədquluzadənin bir felyetonunda deyilir: "Firəngistanın padşahı XIV Lüdovik həmişə deyərdi: Dövlət ibarətdir tək mənim vücudumdan”.
 Başqa bir fikrə görə, bu ifadəni ilk dəfə ingilis kraliçası I Yelizaveta (1558-1603) işlətmişdir.
 Təxminən buna yaxın bir fikir "Şahnamə”də Cəmşidin dilindən işlədilmişdir: "Özümdən başqa cahan tanımıram. Deyilməlidir ki, dünyanı yaradan mənəm».
 Cəmşidin bu azğınlığının izləri daha qədimlərə, hətta "Quran”da haqqında bəhs olunan firona gedib çıxır.