Biz imzaları yox, əsərləri dərc edirik...

Dünyanın ən təsirli qısa kitabları
489
13 Sentyabr 2018, 17:23
 Dadına baxmaq üçün götürdüyünüz furşet masa təamları kimi qısa kitabların da özünəxas bir ləzzəti var. Onların hər yerdə rahatlıqla oxuna bilməsi, klassikanın o əvəzsiz ədəbi dadının səhifələr arasında asanlıqla itməyinizə fürsət verməsi, səyahət zamanı, sahildə, bir kafedə, əlinizin altında bu cür sadə tərtibatlı kitabların olmasının verdiyi rahatlıq hissi onları hər zaman bir addım öndə saxlayıb. "Open Culture” onlayn dərgisində yayımlanan siyahıda dünyanın 17 təsirli qısa kitabı oxucuların diqqətinə təqdim olunub. Siyahının ilk onluğu ilə sizə tanış edirik. Tam versiyanı dərginin rəsmi səhifəsindən əldə bilərsiniz.
 

 
·Ernest Heminquey – "Qoca və dəniz”
·Erik Şkorman –  "Səmanı dələn adam”
·Henri Miller – "Yuxusuzluq”
·Suzanna Tamaro – "Luisito”
·Sadiq Hidayət – "Kor bayquş”
·Henri Ceyms – "Deysi Miller”
·Marsel Prust – "Mütaliə haqqında”
·Paul Lofferqi – "Tənbəllik hüququ”
·Maksim Qorki – "26 adam bir qız”
·Marqret Duras – "Yazmaq”
 Hazırladı: Elcan Salmanqızı