Biz imzaları yox, əsərləri dərc edirik...

Dünyanın yeddi yanlışı
672
15 May 2018, 17:19
  "Ulu ruh"dan nəsihətlər:
 
 

  Hindistan Azadlıq hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi ötən əsrin birinci yarısı dünyanın diqqət mərkəzində olan fəaliyyəti, yaratdığı fəlsəfi axınla bəşər tarixində xüsusi iz qoymuş fikir və söz adamlarındandır. Vətəndaş hüquqları, söz azadlığı müdafiəçilərinin bəlkə də bundan sonra minilllərlə ilham mənbəyi olacaq "Ulu Ruh” – Mahatma Qandinin doğum gününün BMT Baş Assambleyası tərəfindən "Ümümdünya Şiddətə "Yox” Günü” elan edilməsi də təsadüfi deyil. Onu Hindistanda rəsmən "Xalqın atası” elan etsələr də, Qandi bütün fəaliyyəti boyu öz xalqını dünya insanlarından əsla ayırmayıb, Yer üzündə bütün insanların taleyini həmişə eyni mövqedən dəyərləndirib, onlara vahid bir toplum kimi "işıq yolu” göstərib. "DailyMail” Mak Allisterin kitabı əsasında hazırladığı məqalədə Qandinin dünyanın sürükləndiyini düşündüyü yanlışlar da yer alıb. Mahatma Qandini narahat edən dünyanın yanlış gedişlərini oxuculara təqdim edirik: 
  · Əxlaqsız ticarət
  · Qayda-qanunsuz siyasət
  · Bəhrəsi olmayan təhsil
  · Əziyyətsiz qazanılan pul
  · Vicdansız məşğuliyyətdən alınan həzz
  · İnsanlığı düşünməyən elm
  · Şüursuz ibadət

 Hazırladı: Elcan Salmanqızı