Biz imzaları yox, əsərləri dərc edirik...

“Dünya Aytmatovu oxuyur” fləşmobu
575
23 Yanvar 2018, 09:09
 Qırğızıstanda ədəbi fləşmob işə salınıb edilib. "Mir Aytmatovu oxuyur” aksiyası böyük qırğız yazıçısı, "Cəmilə”, "Köşək gözü”, "İlk müəllim”, "Əlvida, Gülsarı!”, "Erkən durnalar”, "Ağ gəmi”, "Əsrə bərabər gün” və s. kimi dünya şöhrətli əsərlərin müəllifi Çingiz Aytmatovun 90 illik yubileyinə həsr edilib.
 
 

 
 
 Onlayn fləşmobda iştirak etmək istəyənlər Aytmatovun əsərlərindən oxuduqları kiçik parçanı videoya yazaraq, çarxı "#Aitmatov” və "#educationkg” həştəqləri ilə sosial şəbəkələrdə yerləşdirməlidirlər. Videoçarxın müddəti 2 dəqiqədən çox olmamalıdır.
 AZƏRTAC "Novosti literaturı” ("Ədəbi xəbərlər”) saytına istinadla xəbər verir ki, "Dünya Aytmatovu oxuyur” aksiyasının təşəbbüskarı Qırğızıstanın Təhsil və Elm Nazirliyidir. Layihə Çingiz Aytmatov irsini təbliğ etmək, Aytmatov əsərlərinin mütaliəsi mədəniyyətini formalaşdırmaq məqsədi daşıyır.