Biz imzaları yox, əsərləri dərc edirik...

“Dörd əkizin nağılı” tamaşası onlayn göstəriləcək
92
03 Dekabr 2020, 12:07
 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin "Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə onlayn nümayiş olunacaq.
 Dekabrın 5-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
 
 

 Saat 12:00-da göstəriləcək səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.
 Qeyd edək ki, "Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.