Biz imzaları yox, əsərləri dərc edirik...

“Dionisin qələbəsi” – hekayələr toplusu
394
11 Yanvar 2019, 09:58
  Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru Salidə Şəmmədqızının yeni kitabı işıq üzü görüb.
 

  AZƏRTAC xəbər verir ki, "Dionisin qələbəsi” adlı hekayələr toplusunda müəllifin müxtəlif illərdə qələmə aldığı  "Dionisin qələbəsi”, "Mətn cızmaçısı”, "Layihə oyunu”, "Sən elə şeyləri anlamazsan”, "Ləzzəti - söhbəti”, "Əlyazmalar yanmır”, "Sənin səlahiyyətin çatırmı?”, "Psixiatrın gündəliyi” kimi hekayələri toplanıb.
  Kitabın "Ön söz” müəllifi Xalq yazıçısı Mövlud Süleymanlı, redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü Səidə Əliyevadır.