Biz imzaları yox, əsərləri dərc edirik...

Derjavin adına poeziya festivalı keçirilib
368
15 İyul 2020, 16:05
 Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə dahi rus şairi Qavril Derjavinin doğum günü münasibətilə onlayn-flaşmob keçirilib. Flaşmobda Derjavinin şeiləri müxtəlif dillərdə səsləndirilib. Bu haqda Tatarıstan Yazıçılar Birliyinin sədr müavini Ramis Aymet xəbər verib. O bildirib:

 "Hər ilin bu günü biz Qavril Derjavin adına Ümumrusiya poeziya festivalı keçirirdik. Pandemiyaya görə şairin doğumun 277-ci il dönümündə  festivalı flaşmob kimi qeyd edirik”. 
 Bütün Rusiya və digər ölkələr üzrə festivala tanınmış şairlər qoşulub. Azərbaycanı bu poeziya festivalında şair, yazıçı Xanım Aydın təmsil edib. Xanım Aydın  Derjavinin iki şeirini Azərbaycan dilində sələndirib. Festival sosial şəbəkələr üzrə yayıblanıb.