Biz imzaları yox, əsərləri dərc edirik...

“Dejavü” növbəti dəfə nümayiş olunacaq
186
07 Noyabr 2019, 15:06
  Azərbaycan Dövlət Pantomima Teatrı noyabrın 9-da "Dejavü” adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək.
  Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.
 
 

  Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər.
  İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir.
  Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.