Biz imzaları yox, əsərləri dərc edirik...

"Aləmin Nəfəsi: Nəsimi" tamaşası beynəlxalq festivalda
26
15 Aprel 2019, 12:52
 Kayseri Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və İctimai İşlər İdarəsinin təşkilatçılığı ilə hər il  Beynəlxalq Məktəblərarası Teatr Festivalı keçirilir. Artıq 14 ildir ki, təşkil edilən festivalda bu il Azərbaycan şagirdləri də iştirak edir.
 
 

 15 aprel – 4 may tarixlərində baş tutacaq Beynəlxalq Teatr Festivalında ölkəmizi Türkiyənin Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm müşavirliyinin dəstəyi ilə Azərbaycan  Milli  Konservatoriyası nəzdində olan İncəsənət Gimnaziyasının şagirləri təmsil edəcəklər. Onlar festivalda Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar "Aləmin Nəfəsi: Nəsimi" tamaşası ilə çıxış edəcəklər. 
 
 

 Qeyd edək ki, layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçı rəssamı Günay Mehdizadədir. Festivalda gimnaziyanın rəhbəri Aytən Əhmədova, gimnaziyanın teatr bölümünün rəhbəri Hicran Sadıqzadə, tamaşanın rejissoru Elnurə Vəliyeva və layihənin media rəhbəri "Kaspi" qəzetinin müxbiri, teatrşünas Xəyalə Məmmədova da iştirak edəcəklər. 
 Tamaşada rolları Nəsimi – Vəliyev Aliulla, Aişə – Namazlı Fidan, Fatimə – Həsənzadə Almaz, Nəimi – Quluzadə Rufiz, dərviş – Salmanzadə Məhəmməd ifa edəcəklər. Lirik janrda hazırlanmış tamaşanın müddəti 25 dəqiqədir. Bir sıra ölkələrin də iştirak etdiyi festivalda Azərbaycan tamaşası aprelin 19-da nümayiş olunacaq.