Biz imzaları yox, əsərləri dərc edirik...

Cümhuriyyətin 100 illik yubiley tədbiri Kürdəmirdə keçirildi
491
25 May 2018, 12:46
  AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsi və Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə 23 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə muzeydə tədbir keçirmişdir.
 
 
 

  Tədbir Azərbaycan Dövlət himni ilə başlamışdır.

 AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq cəmi iki ilə yaxın yaşamış müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymasından, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamasından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən cari ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan Cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdən irəli gəldiyini vurğulamışdır.

 Kürdəmir rayon 6 saylı məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova məruzəsində AzərbaycanXalq Cümhuriyyəti AzərbaycanxalqınınÇar Rusiyasınaqarşı milli azadlıq mübarizəsi nəticəsində,Birinci Dünya müharibəsidövründə Şimali Azərbaycanda müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikasının yaranmasından, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmasından, dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmasından, 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozanRSFSR-ın hərbi müdaxiləsi nəticəsində süquta uğramasından bəhs etmişdir.
 
 
 


  Kürdəmir rayon MKS-ın əməkdaşı Məhinə Şirəliyeva və tarixçi tədqiqatçı Ağa Zeynalov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlərin yenidən araşdırılaraq tədqiq edilməsinin, yenidən çap olumasının gələcək nəsillər üçün müstəqil dövlətçilik və vətən sevgisi hislərinin artırılmasında mühüm rol oynayacağından danışmışdır.

  Tədbirin bədii hissəsində Cümhuriyyətimiz haqqında qısa video sujet, məktəblilərin Vətən, Bayraq və müstəqillik haqqında söylədikləri şeirlər, musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.