Biz imzaları yox, əsərləri dərc edirik...

Cəlil Məmmədquluzadənin "Poçt qutusu" kitabı Özbəkistanda
481
19 Noyabr 2019, 13:15
 Dahi Azərbaycan yazıçısı, dramaturqu Cəlil Məmmədquluzadənin "Poçt qutusu" adlı hekayələr kitabı  Özbəkistanda çapdan çıxıb.
  
 Kitabın tərcüməçisi Usmon Qoçqor, ön söz müəllifi akademik İsa Həbibbəyli, redaktoru Həmidulla Boltaboyev, rəyçisi Qulu Kəngərlidir. Kitab Daşkənd şəhəri, "Mumtoz soz" nəşriyyatında işıq üzü görüb.