Biz imzaları yox, əsərləri dərc edirik...

Cəlil Məmmədquluzadənin ev-muzeyində təmir-bərpa işlərinə başlanılıb
237
17 May 2018, 15:57
 Görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim, "Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin ev-muzeyində yeni ekspozisiyasının yaradılması ilə əlaqədar təmir-bərpa və bədii-tərtibat işlərinə başlanılıb.
 

 
 AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov muzeyin kollektivi ilə görüşərək burada görülən təmir-bərpa işləri ilə yaxından tanış olub. O qeyd edib ki, maddi mədəniyyət nümunələrinin qorunub saxlanıldığı muzeyin bərpasında məqsəd onun fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulması və görkəmli ədibin həyatı, yaradıcılığı ilə maraqlananların dolğun məlumatlar əldə etməsi üçün rahat şəraitin yaradılmasıdır. Muzey qısa zamanda yenilənərək ziyarətçilərin üzünə açıq olacaq.
 Həmçinin, görüş zamanı C.Məmmədquluzadənin ev-muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Pərixanım Mahmudova 70 illik yubileyi münasibətilə Baş İdarənin fəxri fərmanı ilə təltif olunub.