Biz imzaları yox, əsərləri dərc edirik...

"Böyük kitab” mükafatının laureatları açıqlanıb
350
05 Dekabr 2018, 12:13
 Rusiyanın "Böyük kitab” milli ədəbiyyat mükafatının laureatları açıqlanıb.
 
 
 

 AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, laureatların mükafatlandırma mərasimi çərşənbə axşamı günü Moskvada keçirilib.
 Mariya Stepanova "Xatirə xatirəsi” əsəri ilə birinci yerə, Aleksandr Arxangelski "Yoxlama bürosu” əsəri ilə ikinci yerə, Dmitri Bıkov isə "İyun” romanına görə üçüncü yerə çıxıb.
 Ədəbiyyata xidmətlərinə görə mükafata Lüdmila Petruşevskaya layiq görülüb.
 "Böyük kitab” mükafatı 2005-ci ildə təsis olunub. Qaliblər müvafiq olaraq 3 milyon, 1.5 milyon, 1 milyon rubl dəyərində pul mükafatı əldə edirlər.