Biz imzaları yox, əsərləri dərc edirik...

Bu dəfə mən kiməm? – Kurt Vonnequtun hekayəsi
277
03 İyul 2018, 16:12
  Artkaspi.az Kurt Vonnequtun "Bu dəfə mən kiməm?" adlı essesini təqdim edir: 
 
  Mən Şimali Krofordda həvəskar "Maska və parik” teatrının üzvüyəm. Bu teatrda Tennessi Vilyamın "Arzu adlı tramvay” pyesini yay mövsümü üçün səhnələşdirmək tapşırığı təsdiq olundu.  Həmişə  tamaşanı  rejissor Doris Savyer hazırlayırdı, ancaq  anası xəstə olduğu üçün bu dəfə hazırlaya bilməyəcəyini dedi. Sonra əlavə etdi ki, gərək teatr rejissorlar yetişdirsin, çünki yetmiş dörd yaşı var, dünyanı tutub duran deyil. 


 
  Ona görə də tamaşanın rejissorluğunu bu dəfə mənə həvalə etdilər. Halbuki bu vaxta qədər mən yalnız öz işimlə, aluminum pəncərələr hazırlayıb satmaqla məşğul olmuşdum. Hə, mənim işim qapı-pəncərə hazırlayıb satmaq idi. Hərdənbir hamam üçün də qapı-pəncərələr hazırlayırdım. Teatrın tamaşalarında mənə tez-tez rol vermirdilər. Hərdən ya eşikağası, ya da polis rollarını oynayardım.
  Mən  tamaşanın  rejissorluğunu öhdəmə götürməzdən qabaq çoxlu şərt kəsdim. Şərtlərimdən biri klubun yeganə əsl aktryoru Harri Neşlə bağlı idi. Belə ki, şərt qoymuşdum ki, tamaşada Marlon Brando rolunu o oynasın. Harrinin necə bir universal adam olması barədə sizdə fikir yaratmaq üçün deyim ki, o, il ərzində "The Caine Mutiny Court Martial" tamaşasında Kapitan Queeg,  "Abe Lincoln in İlinoys"da Abe Linkoln,  "Ay Mavidir" tamaşasında gənc arxitektor rollarını oynamışdı. Bu rolları oynayandan bir il sonra isə isə Harri Neş Min günün Enni və tamaşasında Səkkizinci Henri, Balaca  Saba geri qayıt tamaşasında həkim rolları oynamışdı. İndi isə mən Arzu adlı tramvay  tamaşasında onun  Marlon Brando rolunu oynamağını  istəyirdim.  Tamaşanın  səhnələşdirilməsiylə bağlı  keçirilən  iclasda Harri iştirak etməmişdi. O, heç vaxt iclaslara gəlməzdi. O, çox utancaq idi, həmişə iclaslardan qaçırdı, çünki başqa işi də vardı. Evlənməmşdi, qadınlarla vaxt keçirmirdi, hətta yaxın kişi dostu da yox idi. O bütün növ  iclaslardan uzaq qaçırdı, çünki əlində ssenari olmadan o heç nə haqda fikirləşib bir söz deyə bilmirdi.
 Beləliklə,  o biri gün mən  Harrinin işlədiyi Millerin dəmir məmulatı dükanına yollandım. Ona demək istəyirdim ki, bu rolu oynaya bilər,  ya yox. Dükana getməzdən əvvəl  telefon xidməti ofisinə getdim ki, şikayət edim. Mənə çek gəlmişdi ki, Honululu ilə telefonla danışıq pulunu ödəyim, halbuki mən həyatım boyu Honoluluya  zəng etməmişdim. 
  Ofisə girəndə  piştaxta arxasında çox gözəl bir qız gördüm, bu vaxtacan  heç vaxt onu  görməmişdim. Qız mənə izah etdi ki, telefon şirkəti  təzə avtomat  çek  aparatı gətirib,  aparat hələ düz işləmir, səhvlər edir. Mən ona dedim ki, nəinki mən Honoluluya zəng etmişəm,  " hətta fikirləşmirəm ki, Şimali Krofordda bircə nəfər də  bu ölkə haqda fikirləşib nə də fikirləşəcək”
O, çekə görə məsuliyyəti boynuna götürdü.  Mən ondan soruşdum ki, o Şimali  Kroforddandır, ya başqa yerdən gəlib.  O, Şimali Kroforddan  olmadığını, və təzə avtomat çek  aparatıyla  bir vaxtda gəlib bu şəhərə gəldiyini dedi.  Həmçinin yerli  qızlara bu aparatı işlətmək yollarını öyrədəcəyini, sonra isə başqa bir  avtomat çek maşınıyla digər bir yerə gedəcəyini dedi. 
  – Yaxşı, – dedim. – Əgər adamlar bu  aparatların  dilini tapsalar məncə hər şey yaxşı olacaq.
  – Nə? – qız soruşdu.
  – Maşınlar özləri gələndə. – dedim. – adamlar gərək daha çox narahat olsunlar.
  – Ah, – o dedi. Hiss olunurdu ki,  bu mövzu onu maraqlandırmır. Mənim üçün maraqlıydı, o başqa bir şeylə maraqlanlırdı, ya yox. O yerində  quruyub qalmışdı, lap çek  aparatı  kimi- avtomatik telefon şirkətinin "nəzakətli” maşını kimi.
  – Siz bizim şəhərdə nə qədər müddət qalacaqsınız?– soruşdum.
  – Hər şəhərdə səkkiz həftə qalıram, cənab,– qız dedi.
Onun çox gözəl mavi gözləri vardı, ancaq bu gözlərdə ümid və maraq yox idi. O dedi ki, artıq iki ildir ki, o bir şəhərdən başqasına gedir, hər yerdə qəribdir. 

 

  Birdən ağlıma bir ideya gəldi ki, o tamaşamız üçün çox yaxşı Stella ola bilər.
Tamaşada Stella Marlon Brando  obrazının arvadıdır, yəni  tamaşda Harri Neşin  arvadı. Mən ona  harda və nə vaxt seçim edəcəyimizi  dedim, əlavə etdim ki, əgər o gəlsə klubdakılar çox sevinərlər.
 Çox təəccübləndi, həm də yanaqları qızardı.
 – Bilirsiniz, – o dedi. – İlk dəfədir ki,  tamaşada rol oynamağımı xahiş edirlər.
 – Yaxşı, – Yaxşı adamları tanımağın ən sürətli yolu onlarla bir yerdə tamaşada oynamaqdır.
  O adının  Helene  Şav olduğunu və hətta məni və özünü də roluyla təəccübləndirə biləcəyini dedi. Kluba gələcəyinə söz verdi.
 
  ***
 
  Bəlkə də siz fikirləşərsiniz ki, Şimali Kroford  camaatı Harri Neşi bütün tamaşalarda görməkdən cana doya bilərlər. Ancaq fakt bu idi ki, Şimalı Kroford camaatı  Harrinin bütün rollarından həzz alırdılar. Çünki o səhnədə  heç vaxt Harri olmayıb.  Elə ki, orta məktəb binasının  idman zalında tünd qırmızı pərdə yuxarı qalxırdı, Harri həm cismən, həm də ruhən ssenaridə yazıldığı,  rejissorun ondan tələb etdiyi adam olurdu.
  Bir dəfə kimsə demişdi ki, real həyatda da lazımlı adam olmaq üçün  gərək Harri psixiatra getsin. Yəni evlənsin, ya da həftəyə əlli dollar müqabilində  Millerin dəmir məmulatı dükanında fəhlə  işləməkdənsə gedib  özünə daha yaxşı iş tapsın. Ancaq heç bilmirəm psixiatr  şəhər camaatının görə bildiyindən  daha artıq nə görə bilərdi onda.  Harrinin bir bədbəxtliyi də onda idi ki, onu  körpə ikən Unitarian kilsəsinin qapısı ağzından tapmışdılar, o heç vaxt valideynlərinin kim olduğunu tapa bilməmişdi.
Mən Millerin dəmir məmulatı dükanında ona rejissor təyin olunduğumu, onun da tamaşamda oynamağını istədiyimi deyəndə, həmişə ona rol təklif edən  adama dediyi sözləri bu dəfə mənə dedi. Bəlkə də onun sualını dərindən götür-qoy edəndə nə qədər kədərli olduğunu görərsiniz.
 – Mən bu dəfə kiməm? 
  Mən aktyorları testdən keçirdim, həmişə harda edirdilərsə orda – Şimali Kroford kitabxanasının ikinci mərtəbəsində. Tamaşalara həmişə rejissorluq etmiş Doris Savyer adlı qadın da öz təcrübəsini mənə öyrətmək üçün ora gəlmişdi. Onunla bir yerdə oturduq və tamaşada rol almaq istəyənləri bir-bir çağırdıq.
  Vaxt itkisi olsa da Harri Neş seçim turuna gəlmişdi. Güman etdim ki, o bu dəfə rol almağa daha həvəslə gəlmişdi.  Tamaşada onun arvadını döydüyü səhnə var, o bu səhnəni ifa etdi, həm mən, həm də özü  məmnun qaldı. Bu, özlüyündə bir tamaşa idi, Tenessi Vilyam bu rolu  ifa edən Harri üçün yazmamışdı. Pyesdəki obrazın 145 kilo çəkisi var, hündürlüyü iki metrə yaxındır. Harrinin əynində adi kostyum və gümüşü balıq sancaqlı, cəlbedici qırmızı qalstuk vardı.  O pencəyini çıxardı. Qalstukunu açdı, sonra arxasını mənə və Dorisə çevirdi, rolu üçün hazırlaşdı. Onun köynəyinin arxasında böyük zəncirbənd vardı, bu köynək təzə görünürdü. O köynəyinin arxasındakı zəncirbəndi bilə-bilə açmışdı ki, ilk andan Marlon Brandoya oxşasın.
  Üzünü bizə çevirəndə  böyük, gözəl və  qəddar görünürdü. Doris Stellanın, onun arvadının  sözlərini oxudu, Harri inandı ki,  Doris, bu qoca arvad şəhvətpərəst meymunu sevən gözəl, şirin, hamilə bir qızdır. Doris bunu mənə də inandırdı. Mən isə Blanşın sözlərini oxudum (tamaşada Stellanın bacısı). Qorxurdum ki, sərxoş Harri hərəkətləriylə məni də qorxudar.
  Dorislə mən emosional təcrübə qazananda Harri əlindəki pyes kitabını bir kənara qoydu, pencəyini geyinib qalstukunu taxdı, yenidən solğun rəngli bənizini dəmir məmulatı dükanına apardı.
  – Hə, yaxşıydı, yaxşıydı? – o dedi, sanki arxayın idi ki, rolu ona verməyəcəklər.
  – Yaxşı, – dedim, – İlk oxunuş üçün çox da pis deyildi.
  – Rolun mənə veriləcəyinə şansım var? – o dedi.
  Heç bilmirəm, niyə o həmişə özünü elə aparırdı ki, rol ona verilməyə də bilər, ancaq o həmişə rol alırdı.
  – Dorislə mən bu rolun sənə verilməyinin tərəfdarıyıq,– dedim.
  O sözlərimdən çox məmnun qaldı.
  – Təşəkkürlər! Təşəkkürlər! – dedi və əllərimi sıxdı.
  – O təzə, qəşəng qız aşağıdadır? – Mən Şelen Şavı nəzərdə tutub soruşdum.
  – Fikir vermədim, –Harri dedi.
  Məlum oldu ki, Helene Şav sınaq üçün gəlib, sevindiyimdən az qala ürəyim partlayırdı. Fikirləşdik ki, axır ki, Şimali Kroford Maska və Parik klubunun səhnəsində qız kimi "sırıdığımız” qırx yaşlı arvadların əvəzində həqiqətən də gözəl, cavan bir qız olacaq. 
  Ancaq Helene Şav heç nə ifa edə bilmirdi. Oxumaq üçün ona hansı mətni verməyimizdən asılı olmayaraq o eyni qız idi, telefon çekinin səhv gəldiyinə görə müştərinin üzünə gülümsəyən eyni qız.
  Doris onunla yenə də məşq etməyə cəhd etdi, onu başa salmağa çalışdı ki, bu tamaşada o meymuna ehtiyacı olduğu üçün onu sevən çox ehtiraslı bir qızdır. Ancaq Helene yalnız mətndəki sözləri yenə də eyni qaydada oxuyurdu. Heç inanmırdım ki, o hətta vulkan görəndə də "ooy” deyə bilsin. 
  – Əzizim, –  Doris dedi.  Mən sənə şəxsi bir sual vermək istəyirəm.
  – Yaxşı, buyurun, – Helene dedi. 
  – Sən nə vaxtsa kimisə  sevmisən? – Doris soruşdu. – Bu sualı soruşmaqda məqsədim odur ki, bəlkə  köhnə sevgilini xatırlayıb ifana bir az istilik qatasan.
  Helene qaşqabağını tökdü, çox fikirləşib dedi: 
  – Yaxşı, – o dedi. – Bilirsiniz ki, mən çox səyahət edirəm. Bir qayda olaraq getdiyim telefon şirkətlərində işləyən kişilərin hamısı ailəli olur. Getdiyim yerlərdə o qədər çox qalmıram ki, ailəli olmayan başqa kişilərə rast gələm.
  – Bəs məktəbdə? – Doris soruşdu. – Bəs uşaq məhəbbəti? Məktəb vaxtı da heç kimi sevmədiniz? 
  Helene bu suala da cavab verməzdən qabaq çox fikirləşdi. Sonra dedi:
  – Mən hətta məktəbdə oxuyanda da eyni yerdə qalmırdım. Atam tikintidə fəhlə işləyirdi, harda iş olurdusa ora gedirdik, getdiyim yerlərə "salam”, "hələlik” deyirdim.
  – Hm, – Doris dedi.
  – Kino ulduzlarını sevməyim necə, bunu sevgi hesab etmək olar? – Helene dedi.  Real həyatı nəzərdə tutmuram. Mən heç bir kino ulduzunu tanımıram. Ekrandan gördüyüm kino ulduzlarını.
  Doris mənə baxıb gözlərini çevirdi.
  – Məncə, bu da bir sevgi növüdür, – dedim.
  Bu sözlərimdən sonra Helene bir az ruhlandı.
  – Mən eyni kinoya  dəfələrlə baxardım, – o dedi. –  Xəyalımda kinodakı aktyorla evlənirdim. Kino ulduzları həmişə bizimlə eyni yerdə olan yeganə adamlar idi. Hara getməyimizdən asılı olmayaraq kino ulduzları da bizimlə idi.
  –  Hm...hə, – Doris dedi.
  – Yaxşı, Xanım Şav, minnətdaram, – dedim. 
  – İndi isə gedib o biri adamların yanında gözləyin. Sizə xəbər edəcəyik.
  Beləliklə, biz tamaşa üçün başqa Stella axtarmağa başladıq. Ancaq klubda bircə nəfər də olsun, cavan, qızlıq təravəti yanaqlarında olan xanım yox idi. 
  – Bizim aktrisalarımızın hamısı Blançdır, – dedim, bununla bildirdim ki, rol almaq üçün gələn qadınların hamısı Stellanın yaşlı bacısı Blançın roluna uyğundur.
  – Bu, həyatdır, bir Stella üçün 20 Blançımız var, – dedim.
  – Hə, Stellanı tapanda da məlum olur ki, o da sevgi nə olduğunu bilmir. – Doris dedi.
  Dorislə mən bu qərara gəldik ki, yalnız bir şeyə də cəhd edək. Yəni seçim vaxtı Harri Neş Helene ilə bir yerdə olsun, bəlkə bu  Heleneyə kömək edə bilərdi. 
  – Bu qızın içində heç "köpük” yoxdur. Bəlkə "köpüklənə”. – Doris dedi.
  Beləliklə, biz Heleneni aşağıdan bir daha çağırdıq, bir nəfərdən də xahiş etdik ki, gedib Harrini tapsın. Harri heç vaxt rol üçün gəlmiş adamların yanında, yaxud da məşq otağında dayanıb gözləməzdi. Elə ki, rolunu ifa edib qurtarırdı, gedib elə bir yerdə gizlənirdi ki, adamlar onu çağıranda eşidə bilsin, ancaq o özü görünmürdü. Seçim kitabxanada olduğuna görə o adətən referens otağında gizlənirdi, lüğətlərin qarşısına qoyulmuş müxtəlif rəngli bayraqlara baxmaqla vaxt öldürürdü.
  Helene  yuxarı çıxdı, onun ağladığını görəndə həm təəssüfləndik, həm də təəccübləndik.
  – Ah, əzizim,  Doris dedi. – Ah, əzizim, niyə ağlayırsan? 
  – Mənim ifam dəhşətli idi, elə deyil? – Helene başıaşağı halda cavab verdi.
  Həvəskar teatrında ağlayan adamlara Doris hansı sözü deyirdisə indi də o sözləri Heleneyə dedi.
  – Yox, əzizim, niyə belə deyirsən, ifan çox gözəl idi.
  – Yox,  elə deyil, – Helene dedi. – Mən yeriyən soyuducuyam, bunu bilirəm.
  – Sənə baxan heç kim belə deməz. – Doris dedi.
  – Ancaq məni tanıyandan sonra hamı belə deyə bilər,­ – Helene dedi. – Hə, adamlar məni tanıyandan sonra elə belə də deyirlər. Yeriyən soyuducu. 
  İndi onun göz yaşları çoxalmışdı.
  – Mən isə belə olmaq istəmirəm, – o dedi. – Ancaq bacarmıram, bütün həyatım boyu elə olmuşam. Yalnız axmaq xəyallarımda kino ulduzlarını sevmişəm. Mənim sevgi təcrübəm yalnız bu olub.  Real həyatda kiminləsə rastlaşanda özümü böyük butulka kimi hiss edirəm, elə bilirəm ki, ha cəhd etsəm də o adama toxuna bilmərəm, – Helene dedi, əlini yellədi, sanki ətrafda olan hamı  butulka idi, o da onları geri itələyirdi. 
  – Siz məndən soruşursunuz ki, bu vaxtacan sevmişəmmi? –  Helene Dorisə dedi. – Yox, sevməmişəm. Ancaq sevmək istəyirəm. Bilirəm ki, Stella özünü necə hiss etməlidir, niyə özünü belə hiss edir. Mən..mən..mən, – o  nəsə demək istədi, ancaq göz yaşları imkan vermədi.
  – Əzizim, bilirsən, nə var? – Doris yumşaq tonda dedi.
  – Mən...Mən. – Helene dedi. – indi o yenə də xəyali butulkanı itələdi. – Mən sadəcə necə başlamağı bilmirəm.
 Pilləkənlərdə tappıltı eşidildi. Elə bil dərinliyə baş vuran dalğıc ağır ayaqqabılarıyla üzürdü. 
  Gələn Harri Neş idi, Marlon Brandoya çevrilən Harri. O ayaqlarını sürüyə-sürüyə içəri girdi. Sanki real həyatda yox, səhnədə idi, ağlayan qadın onda istehza doğurdu.
  – Harri, – dedim. – Çox istərdim ki, Helene Şavla tanıış olasınız. Helene, bax bu Harri Neşdir. Əgər sənə Stella rolunu həvalə etsək, o sənin ərin olacaq.
  Harri əlini uzadıb Helenenin əlini sıxmadı. O sadəcə əllərini cibinə qoydu, əyildi, sonra onu başdan ayağa süzdü, diqqətlə baxdı, sanki soyundurdu. Helenenin göz yaşları dayandı.
  – İstərdim ki, ikiniz bir yerdə dalaşma səhnəsini oynayasınız, – dedim, – Bundan sonra isə barışma səhnəsini.
  – Arxayın olun,– gözləri hələ də Helenedə olan Harri dedi.
  Onun gözləri qız paltarı əyninə geyməzdən qabaq onun "paltarlarını” yandırdı.  Əgər Stella oynayırsa.
  – Nə? – Helene dedi. – onun rəngi mərcan kimi qızardı.
  – Stel, Stella, – Harri dedi. – Stel mənim arvadımdır.
  Mən onların hər ikisinə  mətni verdim. Harri təşəkkür etmədən kağızı əlimdən aldı. Helenenin əlləri yaxşı "işləmirdi”, mətni ona uzatdım.
  – Mənə pəncərədən atmaq üçün bir şey lazımdır, – Harri dedi.
  – Nə? – soruşdum.
  – Burda bir yer var ki, mən radionu pəncərədən çölə tolazlamalıyam, – Harri dedi. –Mən nəyi ata bilərəm? 
  Press papyeni göstərib dedim ki, radio əvəzinə bunu ata bilər, sonra isə pəncərəni taybatay açdım. Helene qorxusundan yerində donub qalmışdı.
  – Hardan başlamağımı istəyirsiniz? – Harri dedi, priz almağa hazırlaşan idmançı kimi əl-qolunu oynatdı.
  – Sən radionu pəncərədən atdığın səhnədən  başla, – dedim.
  – Ok, ok, – Harri qızışıb dedi və səhnəyə tərəf getdi.
  – Gəl görək, – o dedi. – mən "radionu” ona  tullayandan sonra o səhnədən düşür, mən onun arxasınca gedirəm, bir şillə ilişdirirəm.
  – Yaxşı, – dedim.
  – Ok, – balaca, gəl, – Harri Heleneya dedi. Göz qapaqları sallana-sallana: – Hazır ol, körpə, hazır ol.
 Onlar tamaşadan bir hissə oynayıb qurtaranda Helene Şavın yanaqları od tutub yanırdı. Ağzı açıq halda oturdu, başını da yana əydi. İndi o iri butulka deyildi. Butulka yox olmuşdu.
  – Mənə rol verirsiniz, ya yox? –  Harri cəld soruşdu.
  – Veriləcək, – dedim.
  – Siz əminliklə dediniz, – o dedi. – İndi gedəcəm. Stella, burada görüşərik, – o Heleneya dedi və çıxıb getdi, arxasınca qapını çırpdı.
  – Helene? Xanım Şav? – dedim
  – Mənimləsiniz? – o dedi.
  – Stella rolu sizindir, –  dedim. – Siz çox əla oynadınız.
  – Doğrudan? – o dedi.
  – Əzizim, heç bilməzdim ki, içinizdə bir belə yanğı ola bilərmiş. – Doris ona dedi.
  – Yanğı? – Helene dedi.  
 Heç o bilmirdi ki, ayaqyalındır, yoxsa at belində.
  – Od-alov! Roma şamları! – Doris dedi.
 – Ah, eləmi?– Helene dedi.
 O yalnız bunu dedi. Adama elə gəlirdi ki, o gedib stulda ömrünün sonunacan ağzıaçıq oturacaq.
  – Stella, – dedim.
  – Bəli, – o dedi.
  – Sizə getməyə icazə verirəm.
 

 
  Beləliklə,  biz Consoldated məktəbinin idman zalının səhnəsində həftədə dörd dəfə, axşamlar məşq edirdik. Harri ilə Helene elə məşq edirdilər ki, klubdakıların hamısı onların çıxışına heyran olmuşdu. Adətən rejissor rol alanlara yalvarırdı ki, tamaşada deyəcəyi sözləri əzbərləsinlər, ancaq mən bu çətinliklə üzləşmədim. Harri ilə Helene bir yerdə çox yaxşı hazırlaşırdılar, o biri ifaçılar da bundan çox məmnun olmuşdular. 
  Mən isə əlbəttə, xoşbəxt idim, ya da belə fikirləşirdim. İşlər çox yaxşı gedirdi, Harri ilə Helene məşqlərdə elə ürəklə oynayırdılar ki, bir gün onlara dedim: 
  – Əsl tamaşa üçün də enerji saxlayın, – xahiş edirəm. Siz enerjinizi yandırırsınz..
  Dördüncü və beşinci məşqlərdə, Helenenin yaşlı bacısı Blançın rolunu oynayan Lida Miller mənimlə üzbəüz oturmuşdu. Real həyatda o Venne Millerin arvadı idi. Venne Miller Dəmir məmulatları dükanının sahibi idi. O Harrinin bossu idi.
  – Lida, –  ona dedim. – Tamaşanı hazırlaya bilərikmi? 
  – Hə, – o dedi. – Sənin tamaşan hazırdır, – o dedi.
  O bu cümləni elə dedi ki, sanki mən dəhşətli bir cinayət törətmişdim. – Gərək sən özünlə fəxr edəsən.
  – Bunu deməklə sən nəyi nəzərdə tutursan? – soruşdum.
  Lida mənə cavab verməyə macal tapmamış Harri səhnədən məni çağırdı, soruşdu ki, daha onunla işim yoxdursa evinə getsin. Ona dedim ki, evə gedə bilər, hələ də özünü Marlon Brando kimi hiss edən Harri getdi. Yoluna çıxanı təpikləyib, qapını şappıldadıb çıxdı. Helene səhnədə tək qalmışdı, kresloda oturmuşdu, üzündə həmişə məşqdən sonra olan dəli bir təbəssüm vardı. Əvvəlki qız yoxa çıxmışdı. 
  Mən yenidən Lida tərəfə döndüm və dedim: 
  – Bu vaxta qədər mən fikirləşirdim ki, xoşbəxt olmağa və qürurlu olmağa səbəblərim var. Nə baş verir? Mənim bilmədiyim nə baş verir? 
  – Heç bilirsən ki, o qız Harrini sevir? – Lida dedi.
  – Tamaşada? – soruşdum. 
   – Hansı tamaşa? – Lidiya dedi. – İndi mən tamaşadan danışmıram. Bir ona bax, –  dedi və şaqqanaq çəkdi. – Kimi deyirsən? – soruşdum.
  – Ana Təbiət ən pis halda, – Lidiya dedi. – İndi bir özün fikirləş, o Harrinin kim olduğunu, daha doğrusu olmadığını biləndən sonra nə baş verəcək, – o dedi və səhvini düzəltdi. – Harrinin real həyatda heç kim olmağını.
  Mən buna görə heç nə etmədim, çünki fikirləşdim ki, bu, mənim işim deyil. Hiss edirdim ki, Lida  bu "sahədə” nəsə edir, ancaq çox uzağa gedə bilmədi.
  – Bilirsən, – bir axşam məşqdən sonra Lida Heleneye dedi. – Bir dəfə mən tamaşada Anna Ratleci oynayırdım, Harri isə Abraham Linkolnu.
  Helene əl çaldı.
  – Bu dəhşət tamaşa olub, – o dedi.
  – Hə, əla tamaşaydı. –  Lida dedi. – Hərdən roluma elə aludə olurdum ki, az qala Abraham Linkolnu sevdiyim kimi Harrini sevəcəkdim. Ancaq göyün yeddinci qatından enirdim, özümə xatırladırdım ki, o gedib qulları azad edən deyil, o sadəcə ərimin dəmir məmulatı dükanında fəhlədir.
  – O bu vaxtacan rast gəldiyim ən gözəl kişidir, – Helene dedi.
  – Əlbəttə. Amma bir şeyi unutma ki, sən Harri ilə oynayanda son tamaşadan sonra nə olduğunu biləsən. – Lida dedi.
  – Siz nə haqda danışırsınız? – Helene dedi.
  – Elə ki, tamaşa sona çatır, – Lida dedi. – Sənin Harrin buxarlanır.
  – Buna inanmıram, –  Helene dedi.
  – Mən də buna inanmağın çətin olduğunu qəbul edirəm, – Lida dedi.
  Helenenin halı bir az dəyişdi. 
  – Bunu mənə niyə deyirsiniz? – o dedi. Əgər bu həqiqət də olsa mən nə edə bilərəm?
  – Mən... mən bilmirəm, –  Lida dedi və söhbətdən yayındı. – Mən mən fikirləşdim ki, sözlərim sizə maraqlı görünər.
  – Yox, mənə maraqlı gəlmədi, – Helene dedi.
  Lida ondan aralandı. Bundan sonra heç kim ona Harriylə əlaqəli heç nə demədi, hətta bir gün telefon şirkətinin rəhbərinə bir daha heç yerə köçməycəyini, həmişəlik Şimali Krofordda qalacağını deməsi haqda söz-söhbəıt yayılanda da ona heç kim heç nə demədi.
  Axır ki, tamaşa günü gəlib çatdı. Tamaşanı həftədə üç dəfə göstərirdik. Cümə axşamı, cümə və şənbə günləri. Tamaşaçılarımız tamaşaya heyran olmuşdular. Onlar səhnədə deyilən hər sözə inanırdılar, tünd qırmızı pərdə aşağı enəndə onlar da Blançın yaşlı bacısı kimi komaya getməyə hazır idilər.
  Cümə axşamı oynan tamaşada telefon şirkətində işləyən qızlar Heleneye bir dəstə qızılgül gətirmişdilər. Pərdə enəndən sonra Helene ilə Harri yanaşı dayanıb alqışları qəbul edəndə qızılgülləri Heleneyə vermək istədim. O bir az irəli gəldi, buketi götürdü.   Bir qızılgül götürdü ki, Harriyə versin. Ancaq onu görmədi. Harri artıq getmişdi. Pərdə enəndə tamaşadan əlavə kiçik bir səhnə də oldu: qız əlindəki gülü heç kimə və heç nəyə vermir.
  Mən səhnə arxasına keçdim, gördüm ki, o hələ də əlində qızılgül orda dayanıb. O buketi bir kənara qoymuşdu. Onun gözləri yaşlıydı. 
  – Mən nəyi səhv etmişəm? – o məndən soruşdu. – Mən onu təhqir etmişəm?
  – Yox,– dedim. – O həmişə tamaşadan sonra belə edir. Elə ki tamaşa sona çatır, o bacardıqca tez aradan çıxır. 
  – O sabah yenə də bugünkü kimi yoxa çıxacaq?
  – Hətta üzündəki makiyajı silmədən, – dedim.
  – Bəs şənbə günü? – o şənbə günü tamaşadan sonra təşkil olunmuş ziyafətdə iştirak edəcək, eləmi?
  – Harri heç vaxt ziyafətlərə getmir,– dedim. – Şənbə günü də pərdə enəndən sonra biz onu bir də bazar ertəsi işə gedəndə görəcəyik.
  – Nə qəmlidir, – o dedi.
  Cümə günü Helene öz rolunu cümə axşamında olduğu kimi yaxşı oynamadı. Hiss olunurdu ki, o tamam başqa şeylər haqda fikirləşir. Pərdə enəndən sonra Harrinin necə getməsinə baxdı, heç nə demədi.
  Şənbə günü o  yenə də öz rolunu əla oynadı. Adətən Harri ən yaxşı oynayırdı, şənbə günü Helene daha fəal idi.
  Sonuncu pərdə enəndə Harri yenə də çıxıb getmək istədi, ancaq gedə bilmədi. Çünki Helene onun əlini buraxmadı. Tamaşada başqa rolları oynayanlar, tamaşaçılar səhnəyə qalxıb Harri və Heleneni əhatəyə almışdılar. Harri əlini Helenenin əlindən dartıb çıxarmaq istəyirdi. 
  – Yaxşı, – o dedi. – Mən getməliyəm. Evə.
  – Ah. Bəs sən mənimlə ziyafətə getmək istəmirsən? – o dedi. – İndi Harridə Marlon Brandodan əsər-əlamət qalmamışdı. O kəkələyə-kəkələyə danışır, qoxmuş kimi görünürdü, utancaq idi. O, tamaşalar arasında olan Harri idi.
  – Yaxşı. – Helene dedi. – Mən sənin əlini buraxacam, bu şərtlə ki, bir xahişimi yerinə yetirməyə söz verəsən.
  – Nədir xahişin? – Harri soruşdu.
  Bu vaxt mənə elə gəldi ki, Helene onun əlini buraxsaydı o pəncərədən tullanıb qaçacaqdı. 
  – Sənin hədiyyəni verənə qədər burda gözlə,  o dedi.
  – Hədiyyə? – Harri həyəcanla dedi.
  – Söz verirsən? – Helene soruşdu.
  Harri söz verdi. Yalnız bu halda Helene onun əlini buraxacaqdı. Helene hədiyyəni gətirmək üçün qadınların geyim otağına getdi. O, Helenenin yolunu gözləyəndə tamaşaçılar belə yaxşı aktyor olduğu üçün onu təbrik edirdilər. Ancaq təbriklər onu heç vaxt xoşbəxt etmirdi. O yalnız səhnədən düşüb getmək istəyirdi.
  Helene əlində hədiyyə geri döndü. Məlum oldu ki, onun hədiyyəsi qırmızı lentlə sarınmış mavi rəngli bir kitabdır.  Bu "Romeo və Cülyetta” kitabı idi. Harri utandığından qızarmışdı. O, yalnız bircə söz deyə bildi: 
  – Minnətdaram.
  – Bu mənim ən gözəl rolumdur, – Helene dedi.
  – Hm, – Harri dedi.
 – Mənim sevimli səhnəmin nə olduğunu  bilmək istəmirsən? – Helene soruşdu.
  Beləliklə Harri qırmızı lentli kitabı açmalı oldu.
  Helene onun yanına gəldi və Cülyettanın sözlərini oxudu: 
  – Meyvə bağının divarları ucadır, bərkdir, dırmaşa bilmirəm,–
  Helene o biri sətri göstərib dedi: 
  – Oxu, gör Romeo nə deyir? 
  – Hm, – Harri dedi.
  – Oxu gör Romeo nə deyir? – Helene bir də dedi.
  Harri boğazını təmizlədi, o sətirləri oxumaq istəmirdi, ancaq oxumalı oldu:
  – Sevgi qanadları ilə o divarın üstündən keçə bildim. 
  O, bu sətirləri həmişəki kimi, tamaşadakı səsiylə oxuyurdu. Sonra isə onda nəsə dəyişdi. 
  – Çoxlu maneələrə görə... sevgi azad ola bilmir, – o oxuyub belini düzəltdi, bu vaxt elə bil o səkkiz yaş cavanlaşdı, qoçaq və şən bir oğlan oldu. – Bəs o sevgi, sevgi cəhdləri nə edə bilər? – o oxuyurdu. – Buna görə də qohumlarım məni görmək istəmir.
  – Əgər onlar səni görsələr səni həmin an öldürərlər. – Helene dedi, elə bil Harri qanadlanmaq istəyirdi.
  – Heyf! – Harri dedi. – Sənin gözlərindəki təhlükə onların qılıncından daha təhlükəlidir. 
  Helene onunla birlikdə səhnə arxasından çıxışa sarı yollandı: 
  – Mən düşmənçilik əleyhinə sübutam.
  – Dünyaya bildirmərəm onlar səni görüb, – Helene dedi.
  Bizim ondan eşitdiyimiz son söz bu oldu. İkisi də çıxışdan çıxıb getdilər.
  Onlar tamaşdan sonrakı ziyafətdə iştirak etmədilər. Bir həftə sonra evləndilər.
  Çox xoşbəxt görünürdülər. Bir-birlərinə hansı mətni oxumalarından asılı olaraq hər dəfə yad adam olurdular.
  Bir gün telefon şirkətinin ofisinə getdim. Çünki avtomat çek aparatı yenə də səhv edirdi. Mən Heleneni görüb ondan soruşdum ki, son vaxtlar onlar hansı pyesi oxuyurlar.
 – Ötən həftə ərzində, – o dedi. – Mən Otelloya ərə getmişəm, Fausta vurulmuşam, Paris tərəfindən oğurlanmışam. De görüm, mən şəhərin ən xoşbəxt qızı deyiləm? 
 Heleneye fikriylə şərik olduğumu  bildirdim, ona dedim ki, şəhərdə olan bütün qadınlar da elə mənim kimi fikirləşir.
  – Onların xoşbəxt olmaq şansı vardı. – Helene dedi.
  – Çoxu həyəcanlana bilmir.
 Ona dedim ki, mən  indi başqa bir pyesi də səhnələşdirmək istəyirəm. Ondan soruşdum ki, Harri ilə bir yerdə bu tamaşda da oynamağa razı olarmı?
 O üzümə baxıb gülümsədi, soruşdu: 
  – Biz bu dəfə kimik? 
 
  Tərcümə edən:  Sevil Gültən