Biz imzaları yox, əsərləri dərc edirik...

“Bizi birləşdirən mədəniyyət” layihəsinin budəfəki qonağı gənclərdir
376
02 İyul 2020, 20:06
 "Bizi birləşdirən mədəniyyət” layihəsinin budəfəki buraxılışı gənclərə həsr olunub.
 AZƏRTAC xəbər verir ki, verilişin qonaqları VI Muğam Televiziya Müsabiqəsinin iştirakçısı Məftun Məmmədov , gənc qrafik rəssam Tural Hüseyn, xanəndə Gülzar Fərəcova olub.
 
 

 Məftun Məmmədov müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb. Dərs aldığı müəllimləri, muğam sənətinə sevgisindən söz açıb. Tural Hüseyn "Rənglənmiş tarix” layihəsi ilə bağlı məlumat verib. Layihənin ərsəyə gəlməsi, cəmiyyətin bu layihəyə marağından bəhs edib. Gülzar Fərəcova muğam televiziya müsabiqəsindən bu günə kimi fəaliyyətindən söz açıb. Verilişin iştirakçısı olan gənc istedadlar yaradıcılıq uğurlarını tamaşaçılarla bölüşüblər.
 Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət” verilişi həftəiçi saat 19:00-da Beynəlxalq Muğam Mərkəzindən canlı olaraq tamaşaçılarla görüşə gəlir.