Biz imzaları yox, əsərləri dərc edirik...

“Biri var idi, biri yox idi” – nağıl müsabiqəsi
412
14 Mart 2018, 17:03
 USL Club intellektual inkişaf mərkəzi uşaqlar və yeniyetmələr üçün "Biri var idi, biri yox idi” adlı nağıl müsabiqəsi elan edir. 
 


 Müsabiqənin şərtləri:
 İştirakçının yaş həddi 18-dən yuxarı olmamalı;
 Mətnlər üç dildən birində – Azərbaycan, rus və ya ingilis dilində təqdim edilməli;
 Müsabiqədən öncə heç bir yerdə dərc olunmamalı; 
 İşarə sayı (şrift Times New Roman, 12) 6000-i aşmamalıdır. 
 Mövzu seçimi sərbəstdir.
 Qeyd: Müsabiqəyə təqdim olunan mətnlər nağıllarımızdan köçürüldüyü və bənzədildiyi təqdirdə qəbul edilməyəcək.
 İştirakçılar yazıları 15.05.2018-ci il tarixinədək info@usl.az ünvanına və ya mərkəzin facebook səhifəsinə göndərə bilərlər. 
 Mükafatlar:
 İlk üç yerin qalibini pul mükafatları gözləyir.
 Ən yaxşı 10 nağıla USL Club intelektual inkişaf mərkəzində Art Club dərnəyinin tələbələri tərəfindən illustrasiyalar çəkiləcək və həmin nümunələr nağıllarla birlikdə kitab-albom şəklində nəşr olunacaq. Digər iştirakçılar isə klubun müxtəlif mövzulu ustad dərslərində iştirak kuponu qazanacaqlar.
 Nağıllar münsiflər heyəti tərəfindən oxunub qiymətləndiriləcək və qaliblər 1 iyun Beynəlxalq Uşaqlar Günündə təşkil edilmiş şənlikdə elan olunacaq.