Bu
gün Beynəlxalq Qadınlar günüdür. Bu münasibətlə bütün Azərbaycan xanımlarını təbrik,
xanım şairlərin şeirlərini təqdim edirik:
Sona
Vəliyeva
Yasəmən ətirli
ay işığı
Yasəmən
ağacları mələkdilər yer üzündə,
Ay
işığına aşıq,
Ay
işığını uda –uda
ətirli
dualarıyla
əlləri,
ləçəkləri
göylərə
açıq
şükranlıq
zikri,
duası nəğmə
oxuyur
Allahın
xallı böcəkləri
Yasəmən
üstə
Üzü ay
işığına
Qanad-qanad
ucalaraq
Eşqin
sirrini görür...
Bir
azdan cüt qumrular da
Yasəmən ətrinin
sirrini
öyrənməyə çalışacaq...
Ay işığı
Tanrı nuru kimi könüllərə
Dolacaq...
Eşq
işıqdan süzüləcək,
Dünya
yaz gecəsində,
Möcüzəyə
çevriləcək...
Ağaclar
torpaqdan dabanlarını qaldıracaq
Ay
işığında,
ayın
üzündən öpməyə çalışacaqlar
o da
yalnız işıq dolu,
eşq dolu
üzünü
yasəmən
çiçəklərinə söykəyəcək
Ürək
yanğısının tüstüsünə bənzər,
Yasəmən
çiçəyiylə
Ay üzlü
eşqin vədəri
dastana
dönəcək.
Ləçək-ləçək
gözəlliyi,
Qəlpə-qəlpə
kədəriylə
Yasəmən ətirli,
ay işıqlı
Eşq nəğməsi,
Dünyanı
xilas üçün
göylərə
üz tutacaq
Tanrıya
yetişincə yer üzü eşqdən
İşıqlı
yasəmən qoxuyacaq...
Məni
Heçnə yoxkən, eşq varıydı,
Mən də eşqdən Adəm oldum,
Sirrim Tanrıda gizlənib,
Kimsə açmaz, aşkar məni.
Haqq arayan bir yolcuyam
Yaşda uludan, uluyam
Ağa haqqı, haqq quluyam,
Kimlər yozub tapar məni.
Əlim, qolum, gül şəklində
Yandım, bişdim kül şəklində,
Dünya eşqin çəkisində,
İşığı nurladar məni...
Ruhum La İləllah çağırar
Göy açılar, yer nurlanar,
Ruhum haqqa pərvazlanar
Mələklər salamlar məni...
Bir ömürdə ömür min,min
Sevincim, nifrətim, kinim,
Lövhi-məhfusda gizlinim
Sirrimi saxlayar mənim...
Haqqa aşiq
olanlara
Bu nə eşq, nə sevda imiş,
Yol nə
yerdə, nə göydəymiş,
Dərdin
özü dərman imiş,
Tanrı
yolu bulanlara...
Güllü
yaylaq, göy qurşağı,
ruhum rəngli
ay işığı,
könlündə
Allah yaşayar,
haqqa
aşiq olanlara...
Gələn
gedəndən çox imiş,
bilgi biləndən
çox imiş,
insan
Tanrının sirriymiş,
sirrə
sirdaş olanlara...
Kim
deyir gedənlər dönmür?
Dualardan
yol görünür,
ölüm toy
vüsal günüdü
yurda
qurban olanlara...
Əl fənəri
Kiçik, lap kiçik əl fənəri
dərin qaranlıqları,
ölçülməz zülməti
uda-uda
işıqlı dünya qururdu...
Könülləri sevincə,
nura qərq etmişdi,
qaranlığın yoxluğu,
yox olmuşdu
içlərdən, düşüncələrdən
zülmət xofu.

Xanım
İsmayılqızı
Ağacam,
yarpaq deyiləm,
Çılpağam,
qorxaq deyiləm,
Hələ ki,
torpaq deyiləm,
Ayaq üstə
qazma məni.
Komamın
damı uçuqdu,
Bir bəxtim
var ki, qaçaqdı,
Qapım, pəncərəm
açıqdı,
Divarlara
yazma məni.
Ruh
adamı bitirmisən,
Qucağına
götürmüsən,
Allah, seçib gətirmisən,
Yaddaşından
pozma məni..
Salam qadın...
Salam
qadın, necəsən?
Güzgüdə öz özünə
hər gün baxa bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?
Ürəklə yaşatdığın
kimdirsə, hələ sağdır?
Hisslərinin içindən
ayağı yalın keçən,
bütün ömrünü içən,
yatıbdır, ya oyaqdır?
Yenədəmi yuyursan
əllər soyulanadək
arzularını bir-bir?
Yamaya bilirsənmi
xatirəsi sökülən
duyğularını bir-bir?
Dilində bitib qalan
fikirlərin içində
nələri basdırırsan?
Hər günü toya çəkib
nələrə oynayırsan,
Nələri azdırırsan?
Yenədəmi varının
üstünə varlıq qatan
içində yox gizlənir?
Hələdəmi axırı
bilinməyən dünyanın
acında tox gizlənir?
Saçlarının dənini
rənglərə boyayaraq
ağını gizlədirsən?
Gülüşünün altında
gözünlə örtmədiyin
dağını gizlədirsən?
Gözlədiyin yoldumu?
İstədiyin oldumu?
Bilmədiyini bildin?
Sağınla və solunla,
Boşunla və dolunla
Ölmədiyini bildin?
Salam qadın, necəsən?
Güzgüdə öz üzünə
sığal çəkə bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?
Kaş ki, unutmayasan...
Güzgüdə öz özünə
hər gün baxa bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?
Ürəklə yaşatdığın
kimdirsə, hələ sağdır?
Hisslərinin içindən
ayağı yalın keçən,
bütün ömrünü içən,
yatıbdır, ya oyaqdır?
Yenədəmi yuyursan
əllər soyulanadək
arzularını bir-bir?
Yamaya bilirsənmi
xatirəsi sökülən
duyğularını bir-bir?
Dilində bitib qalan
fikirlərin içində
nələri basdırırsan?
Hər günü toya çəkib
nələrə oynayırsan,
Nələri azdırırsan?
Yenədəmi varının
üstünə varlıq qatan
içində yox gizlənir?
Hələdəmi axırı
bilinməyən dünyanın
acında tox gizlənir?
Saçlarının dənini
rənglərə boyayaraq
ağını gizlədirsən?
Gülüşünün altında
gözünlə örtmədiyin
dağını gizlədirsən?
Gözlədiyin yoldumu?
İstədiyin oldumu?
Bilmədiyini bildin?
Sağınla və solunla,
Boşunla və dolunla
Ölmədiyini bildin?
Salam qadın, necəsən?
Güzgüdə öz üzünə
sığal çəkə bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?
Kaş ki, unutmayasan...
Bir nəğmə deyərdim
Bir nəğmə deyərdim
ürəkdolusu,
Bütün hisslərimin
içində gəzib.
Şeir oxuyardım,
özümdən qopan
Ruhun baş aldığı
köçündə gəzib.
Əlimdən bir
sığal bəxş eləyərdim
Üzlərin, tellərin
tumarı üçün.
Öpüş göndərərdim
hava üstündə,
Həyata baxışın
xumarı üçün.
Bir qucaq
açardım bir ömür içi,
Qollarımın üstü
beşik olardı.
Bağrıma basardım
bütün dünyanı,
Sinəmin üstü
ev-eşik olardı.
Bu gələn nəfəsin
içini çəkib
Hədiyyə edərdim
nəfəssizlərə.
Ölməyən günləri
bağışlayardım
Burda yaşamağa həvəssizlərə.
Bir nəğmə
deyimmi ürəkdolusu
Bütün hisslərimim
içində gəzib?..
Şeir oxuyummu,
özümdən qopan
Ruhun baş aldığı
köçündə gəzib?..

Nurəngiz
Gün
İnsanlarsız nəyə lazımsan, dünya?
İnsandır
şeirimin
ilki və
qurtaracağı.
İnsandır
şeirimin
Odu,
ocağı.
İnsandır
yer üzünün
Çiçəklərdən
əzəl bəzəri.
İnsandır,
insandır
Şeirimin
rişəsi, özəyi.
İnsanların
hamısı-
cavanı
da, qocası da,
qarası
da, sarısı da,
İnsanların
azadı da,
dustağı
da,
narahat
ömrümün döyüntüsüdür,
İnsandır
düşüncəm də, nəfəsim də.
İnsandır
nəğməm də, titrəyən səsim də..
İnsanlarsız
nə dəniz, nə sahil, nə qaya?
İnsanlarsız
nəyə lazımsan, dünya?
Gözəllik
Gözəl nədir?
Məndən
soruşardılar.
Uşaq
idim,
cavab
verərdim:
Tükü
yumşaq xor-xor pişik,
evimizin
içindəki
özümünkü
cuqqulu
gəlincikli ev-eşik.
Gözəl nədir?
Məndən
soruşardılar.
Cavan
idim,
belə
dedim:
Gözlərinin
odu şimşək,
enli kürək,
ucaboy,
qara telli,
qatır yelli bir
igid.
Böyümüşəm,
yep-yekə adam olmuşam.
Anladım,
pişiyin vəfasını.
Anladım,
igidin cəfasını.
Anladım,
yalançı gəlincikli
yalançı
evciyimin
müvəqqəti səfasını.
Çox qəribədir,
çox qəribədir
Yenə soruşun məndən,
Soruşun
insanlar,
soruşun.
gözəl nədir?
Gözəl:
Sərgüzəştini tez-tez
Göyçək Jaləmə nəql etdiyim
Damda yaşayan
Karlson.
Gözəl:
Paris Notrdam
kilsəsinin Qvazimodası.
Gözəl:
Kozettanın oduna
yanan,
yaxşılığına sədəqə
almayan
Jan Valjan.

Rəbiqə
Nazimqızı
Mən sənin
gözlərində
Oyaq
qalmış qorxuyam.
Ən müqəddəs
yuxuyam,
Məni
danışma suya...
Alnından
puçur-puçur
Axan tər
damlasıyam.
Sil,
izim görünməsin,
Qoyma
kimsə tanıya.
Bürküdə
həyətinə
Əsən sərin
küləyəm.
Mən
qanadsız mələyəm,
Buraxma
məni göyə...
Mən günəşin
nuruyam,
Mən ayın
ləkəsiyəm.
Mən
ağıllı qadınam,
Axmağın
yekəsiyəm.
Başın
üstə tavanam,
Ayağın
altda palaz.
Mən həm
sənin ağanam,
Həm də
ki sənə kəniz.
Mən yel
dəyirmanıyam,
Bərk
yapış pərlərimdən.
Mən cənnət
bağçasıyam,
Qorxma çəpərlərimdən.
Ağlamalı
lətifə,
Güıməli
ağıyam mən.
Mən ən
sadiq dostunam,
Ən
qorxunc yağıyam mən.
Mən çəkilməz
ağrıyam,
Mən ən
yaxşı sarğıyam.
Mən
qürurun adıyam,
Mən mürəbbə
dadıyam...
***
Kim
bilir nə qədər qalır
Torpağı
qucaqlamağa.
Quma,
havaya köçməyə,
Yağış
olub ağlamağa...
Mən də
bilmirəm, birdənəm,
Hardadı
Tanrının yeri.
Bilmirəm
necə oxuyum
Ona
yazdığım şeiri...
O da
yaman qısqanc imiş,
istəmirdi
biz görüşək...
Sənimi
sevdi, mənimi –
necə
soraqlayaq bilək.
Gizlədi
səndən üzümü,
səsini
qıymadı mənə.
Bir əlamət,
bir işarə,
nişanə
qoymadı mənə...
Özün
tapdın, özün məni
özün
tapdın əllərimi...
amma kim
bilir nə qalır
Torpağı
qucaqlamağa...
Quma,
havaya köçməyə,
Yağış
olub ağlamağa...
Əlimdən
tutsan, birdənəm,
tutaram,
saxlaram səni.
Sözdən
kağıza köçürrəm,
kitaba
bağlaram səni...

Xanım
Aydın
Sənə sevgimin rəngi AĞdır
Sənə sevgimin rəngi AĞdır -
AĞappaq, qar bəyazlığı.
Darıxıram, AĞ edirəm -
Bu qədər darıxmaq olmaz.
Hissimə göz AĞardıram -
Bu qədər alışmaq olmaz.
Yox, qorxmuram kül olmaqdan
Külün öz rəngi də AĞdır.
Sənə alışmaqdan qorxuram.
Duyğumun AĞ ipin çəkirəm,
O da üzümə AĞ olur.
Baxmır AĞına-bozuna,
Ruhum düşüb küçə-küçə
Ulduzları düzə-düzə
Sənlə mən arasında
Yolları da AĞardıbdı.
Lap AĞını çıxarıbdı...
Sənə sevgimin rəngi
AĞdır...
Gedərəm
Barmaqlarının
arasından
yaz çiçəkləri
kimi rüzgara havalanıb gedərəm,
Qəlbim
qırılsa.
Gözlərim
dolsa,
bir
sabah eşqdən yox,
kədərdən
dolsa.
Gedərəm,
vallah, gedərəm...
Mən
müdrik qadınam - duyğumdan müdrik.
Bir kəlmə
demərəm
yüz
sözüm olsa...

Günel Şamilqızı
Lal tülkünün mahnısı
Evimin
küncündə toz yoxdu, qonaq,
Mən küncə
qısılıb gözlədim səni.
Bu birdir, bu
iki, bu üç, bu da dörd,
Ardını saymağa səslədim
səni.
Balaca otaqlar
qatdı başını,
Bu boyda tələni
ev bilib gəzdin.
Malasız divarda
daş adamları,
Bilmədən söykənib
o qədər əzdin...
Kaş Allah mənə də
dil verəydi, dil.
Deyəydim, ay
yolçu, adını söylə,
Bilim ki, bir
ömür kimi gözlədim?
Kimdir gəlib
çıxan bu möcüzəylə?
Deyəydim, ay qərib,
yuxuna qurban,
Ayıl, bağrındakı
yaranı bağla.
Mən səni ölməyə
çağırmamışam,
Yatma, dirəyim
ol, evimi saxla.
Ömrümdə bir dəfə
tülkü olmazdım,
Sinəmdə sızlayan
yalan yeridir.
İndi doğrunu da
səssiz deyirəm:
- Bura
qanadların sınan yeridir.
Hanı mənim səsim,
hanı, İlahi?
Onu səsləməkdən
batdı, bilmədim.
Hanı mənim
ruzim, hanı, İlahi?
Bu yazıq acından
yatdı, bilmədim.
Bu gün qonağıma nə verə bildim,
Sabah ayılmağa nə gücü olsun?
Mənim stolumun
üç ayağı var,
Üçü də istəmir
dördüncü olsun.
Bəlkə yuxu
bildin bu qonaqlığı,
Bəlkə də unutdun
nə dediyimi.
Xörəyi nimçədə soyuyan durnam,
Ya ac qal, ya sındır öz dimdiyini.
Həvva sevgisi
Dərd
uydur, əzizim, bir az ağlayaq,
Səninlə sevinmək
bəs etmir daha.
İndi dünyadan da
qovulmaq üçün,
Batmaq istəyirəm
yeni günaha.
Milyon illər
sonra görüşdük, gülmə
Heç kim yarısını
belə gözlətmir.
Hələ də
palçıqsan, qurumamısan,
Ən qalın paltar
da səni gizlətmir.
Bəşər beşiyində
beş günlük yatıb,
Ayılıb bizi də
tanımayacaq.
Tanrı bağışlasa,
qayıtsaq ora,
İnan, heç kəs
bizi qınamayacaq.
Mənə bir qabırğa
boşluğundakı
Ağrıdan danışma,
o ağrı mənəm!
İndi qucağına bərk-bərk
sığınsam...
Can, özün bilirsən,
lüzum yox dinəm.
Ağlımda sözləri unutmaq vardı,
Sən mənim dilimi bilənə qədər.
Gəl gedək dünyadan, görək cənnəti,
Bir də söyləmərəm: O almanı dər!
