Biz imzaları yox, əsərləri dərc edirik...

Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
453
02 İyul 2020, 10:28
 "Mədəniyyət” kanalının "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən (BMM) yayımlanan növbəti canlı efirin qonağı "Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov olub .
AZƏRTAC xəbər verir ki, canlı yayım zamanı qonaq BMM-nin səhnəsində ilk dəfə canlı olaraq ifalarını təqdim edəcəyindən məmnunluğunu ifadə edib.
 
 

 Xüsusi karantin günlərində fəaliyyəti və yaradıcılığı haqqında danışan müğənni vaxtını səmərəli keçirdiyini, yeni layihələr üzərində çalışdığını diqqətə çatdırıb. Yaradıcılığındakı yeniliklər, gələcək planları, birgə çalışdığı bəstəkar və söz müəllifləri ilə iş birliyindən söz açaraq yeni mahnıları və kliplərinin yaxın vaxtlarda təqdim edəcəyini də vurğulayıb.
 Hazırda tərəf müqabili Nigar Camal ilə birgə çalışdığı telelayihənin müsbət tərəflərini vurğulayan ifaçı bu işi sevərək gördüyünü deyib.
 Kiçik yaşlarından sənətdə olan Eldar Qasımov təhsil aldığı 2 nömrəli Musiqi məktəbinin kollektivinə və bütün müəllimlərinə efir vasitəsilə minnətdarlığını çatdırıb. Verilişdə Azərbaycan retro mahnılarına marağından danışan ifaçı canlı olaraq xalq mahnılarımızdan nümunələr də səsləndirib.
 Canlı efir sənətçinin repertuarından və xalq mahnılarından ibarət ifalarla davam edib.
 Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır.