Biz imzaları yox, əsərləri dərc edirik...

Bəstəkarlar İttifaqında konsert olacaq
536
14 May 2019, 17:46
  Mayın 16-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda 28 May - Respublika Günü münasibətilə Bülbülcan adına Şuşa şəhər Ümumtəhsil Musiqi Məktəbi şagirdlərinin 2018-2019-cu tədris ilinin yekun konserti olacaq.
 
 

  Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.
  Bildirilib ki, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
  Qeyd edək ki, Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbi 1990-cı il avqust ayında Azərbaycanın Şuşa şəhərində yaradılıb. 1992-ci ildən Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra məktəb Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin binasında fəaliyyətini davam etdirir.