Biz imzaları yox, əsərləri dərc edirik...

“Bənövşə” jurnalının 10 illiyi qeyd olunub
62
17 Oktyabr 2018, 17:29
  Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mingəçevir bölməsinin nəşr etdiyi "Bənövşə” jurnalının 10 illiyi və "Bir ocağın şöləsiyik” almanaxının təqdimat mərasimi olub.
 
 
 

  AZƏRTAC xəbər verir ki, AYB-in Natəvan klubunda keçirilən tədbirdə ölkəmizin tanınmış qələm adamları ilə yanaşı, bölmənin üzvü olan şair və yazıçılar da iştirak ediblər.
  Qeyd olunub ki, birliyin Mingəçevir bölməsi xeyli istedadlı ədəbi qüvvəni öz ətrafında birləşdirir. 2014-cü ildə onların qələmə aldığı şeir və hekayələrdən ibarət "Aranın söz sovqatı”, 2016-cı ildə isə "Uzaqdan gələn səs” almanaxları buraxılıb. On il ərzində 40 nömrəsi işıq üzü görən jurnal, həmçinin şeir və hekayələrdən ibarət sayca üçüncü olan almanax bölgə yazarlarının növbəti yaradıcılıq məhsuludur.
 Çıxış edənlər hər iki nəşrdə dərc olunan müxtəlif janrlarda qələmə alınmış ədəbi məhsulların bədii-estetik dəyərindən, müəlliflərin yaradıcılıq axtarışlarından, ümumən Yazıçılar Birliyi Mingəçevir bölməsinin uğurlu fəaliyyətindən bəhs ediblər.