Biz imzaları yox, əsərləri dərc edirik...

Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi
62
09 Noyabr 2019, 22:47
 Səməd Vurğunun ev-muzeyində görkəmli alim, filologiya elmləri doktoru, professor Bədrxan Əhmədlinin "Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib.



 Müzakirə tanınmış tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevaının təşəbbüsü və moderatorluğu ilə baş tutub.
 "Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının elmi, ictimai və ədəbi xüsusuiyyətlərindən danışan mərasim iştirakçıları, alimin araşdırmalarını yüksək qiymətlənirib və bu araşdırmaların nəticəsi kimi ortaya çıxan yeni elmi faktları ciddi dəyərləndiriblər.


Müzakirələrdə filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmanov, AMEA Folklor İnstutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri,  folklorşünas alim Əli Şamil, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli, "Müvəkkil" Hüquq Mərkəzinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilov və Avanqard.net mədəniyyət portalının baş redaktoru, yazıçı Səxavət Sahil və  iştirak edib.



Tətbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin əməkdaşları və professor Bədrxan Əhmədlinin tələbələri də iştirak edib.