Biz imzaları yox, əsərləri dərc edirik...

Bayraq mənliyimdir, bayraq kimliyim
1096
09 Noyabr 2018, 10:09
 Artkaspi.az Bayraq günü münasibəti ilə şeir nümunələrini oxuculara təqdim edir: 
 
 
 

 
 Bayraq 
 

Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
 
 Bəxtiyar Vahabzadə
 

 
 
 ***

 
 Ey mavi göylerin bəyaz və qızıl süsü
Bacımın gəlinliyi, şəhidimin son örtüsü. 
İşıq-işıq, dalğa-dalğa bayrağım, 
Sənin dastanını oxudum, sənin dastanını yazacağam. 

Sənə mənim gözümlə baxmayanın 
Məzarını qazacağam. 
Səni salamlamadan uçan quşun
Yuvasını pozacağam. 

Dalgalandığın yerdə nə qorxu, nə kədər... 
Kölgəndə mənə də, mənə də yer ver! 
Sabah olmasın, günlər doğmasın nə çıxar! 
Yurda, ay-ulduzunun ışığı yetər. 

Savaş bizi qarlı dağlara götürdüyü gün 
Qızıl rəngində isindik, 
Dağlardan çöllərə düşürdüyü gün 
Kölgənə sığındıq. 

Ey indi süzgün, rüzgarlarda dalgalı, 
Barışın göyərçini, savaşın qartalı... 
Yüksək yerlərdə açan çiçəyim, 
Sənin altında doğuldum, 
Sənin dibində öləcəyəm. 

Tarixim, şərəfim, şeirim, hər şeyim, 
Yer üzündə yer bəyən. 
Haraya dikilmek istərsən 
Söylə, səni oraya dikəyim! 
 
            Arif Nihat Asya