Biz imzaları yox, əsərləri dərc edirik...

Bakıda “Uilyam Şekspirin günü”
417
16 Aprel 2018, 16:22
  Aprelin 21-də "YARAT” Müasir İncəsənət Mərkəzində görkəmli ingilis şairi və dramaturqu Uilyam Şekspirin yaradıcılığına həsr edilmiş tədbir keçiriləcək.
 
 

  AZƏRTAC xəbər verir ki, dramaturqun anadan olduğu gün münasibətilə təşkil edilən tədbir Britaniya Şurası, S.Vurğun adına Rus Dram Teatrı və "Quantum Quartet” adlı simli kvartetin dəstəyi ilə reallaşacaq. Hər kəsin qatıla biləcəyi tədbir musiqili proqramla davam edəcək.
  Konsert çərçivəsində Avropa və digər xarici bəstəkarların əsərlərinə müraciət olunacaq.