Biz imzaları yox, əsərləri dərc edirik...

Bakıda üçüncü dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı
92
16 Sentyabr 2019, 12:18
  Bakıda oktyabrın 2-dən 6-dək III "DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək.
  AZƏRTAC xəbər verir ki, festivala ümumilikdə 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. 138 qısametrajlı filmin isə 22-si yerli istehsaldır.
 
 

  Festivalın əsas proqramına daxil olan filmlər "Ən yaxşı tammetrajlı sənədli film”, "Ən yaxşı qısametrajlı sənədli film”, "Special Jury Mention” kateqoriyalarında yarışacaqlar.