Biz imzaları yox, əsərləri dərc edirik...

Bakıda beynəlxalq dərəcəli fotoqrafın sərgisi açılacaq
20
11 Oktyabr 2018, 16:54
  Oktyabrın 19-dan 21-dək Bakıda "Qalereya 1969”da "Photo magic of stars” fotosərgi açılacaq və "Beynəlxalq Foto Birliyinin (Global Photographic Union-GPU) üzvləri ilə görüşlər təşkil ediləcək.
 
 
 

 

  Fotoqraflar Birliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə beynəlxalq dərəcəli, foto sahəsində uğurlar qazanmış əlli müəllifin işləri nümayiş olunacaq.
  Sərgi iştirakçıları "Beynəlxalq Foto Birliyi”nin üzvləri ilə yaxından tanış olmaqla yanaşı, GPU haqqında bilgilər əldə etmək imkanı da qazanacaqlar.
  Məqsəd gələcəkdə Azərbaycan fotoqraflarının beynəlxalq səviyyəli tədbirlərdə iştirakını təmin etmək, yaradıcılıq mübadiləsinə nail olmaq, milli mədəniyyətin təbliğinə dəstək verməkdən ibarətdir.