Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanlı yazıçının romanı özbək dilində
421
25 Fevral 2021, 09:54
 Daşkənddəki "Yanqi asr avlodi” nəşriyyatı Azərbaycan yazıçısı Varisin "Sənə inanıram” romanını özbək dilində çap edib.
 AZƏRTAC xəbər verir ki, romanı orijinaldan özbək dilinə ədəbiyyatımızın yaxın dostu, yazıçı və tərcüməçi Rüstəm Cabbarov çevirib.
 
 

 Rüstəm Cabbarov Varisin digər romanı - "Sonuncu ölən ümidlərdir” əsərini də özbək dilinə tərcümə edib və çapını gözləyir.
 Xatırladırıq ki, Varisin kitabları Özbəkistandan başqa Rusiya, Türkiyə və digər ölkələrdə də çap olunub.