Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanlı violonçel ifaçısı Böyük Britaniyada konsert proqram ilə çıxış edəcək
219
25 Fevral 2020, 09:26
  Fevralın 28-də violonçel ifaçısı Camal Əliyev Biqarda ("Biggar Music Society”, Böyük Britaniya) konsert proqramı ilə çıxış edəcək.
  AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və Biqar Musiqi Klubunun saytında yer alıb. Camal Əliyevi fortepianoda Ceyms Kolman müşayiət edəcək.
 
 

  Konsertdə L.V.Bethoven, Y.Brams, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.
  Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.