Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycanlı rəssam zəfər sərgisinə hazırlaşır
109
27 Noyabr 2020, 12:41
 Türkiyə yaşayan və Qaziantəp Universitetində çalışan Azərbaycanlı rəssam Məmməd Əliyev zəfər sərgisinə hazırlaşır.
 Tanınmış rəssam AZƏRTAC-a açılamasında bildirib ki, yağlı boya ilə kətan üzərinə çəkdiyi tablolarda Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Yenilməz Ordumuz, xalqımızın vətənə və torpağa bağlılığı, din və dil birliyimizin müqəddəs qələbəmizdə oynadığı böyük rol kimi mövzular əksini tapacaq. Rəssamın Zəfər sərgisinin birinci tablosunun eskizi mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin düşmən tapdağından azad olunmasını tərənnüm edir.
 
 

 Ermənistan işğalçılıq siyasətini və faşizm ideologiyasını lənətləyən rəssam deyir ki, yaradıcılığının əsas hissəsi Azərbaycanın acı günlərinə həsr olunub. Bu acıları bizə təcavüzkar Ermənistan dövləti yaradıb. O, özünün şanslı və xoşbəxt hesab edir ki, bu rəşadətli qələbə günlərini yaşayır və bundan sonrakı yaradıcılığını zəfər mövzularına həsr etmək niyyətindədir.