"...Neçə gündür havalar bir az soyuyub,
arabir yağış da yağır. Fikrim cəbhədə, döyüşçülərimizin yanındadır. Onların yolu
indi dağlaradır...” Bu sətirlər "Azərbaycan” jurnalının noyabr sayında İntiqam Qasımzadənin
qızıl tariximizin 44 günlük zəfər yürüşündən, Şuşalı xatirələrindən bəhs edən
yazısındandır.
Jurnalın ”Qarabağ Azərbaycandır!”
rubrikasının bu ilk yazısını Südabə Ağabalayevanın "Xüsusi təyinatlı söz” məqaləsi
davam etdirir.Müharibə mövzulu şeirlərilə müxtəlif nəsillərə mənsub müəlliflər
– Rəsul Rza, Böyükağa Qasımzadə, Ənvər Əlibəyli, Ağacəfər Həsənli, Qəşəm Nəcəfzadə,
Asif Asiman xalqımızın haqq savaşında səfləniblər.

Poeziya otağında oxucuları Qəşəm Nəcəfzadənin müxtəlif mövzulu şeirləri,
Rəfail Tağızadənin "Koronavirus silsiləsi”ilə bağlıpoetik
düşüncələri gözləyir. Kəmaləddin Qədimin, Rizvan Nəsibin şeirləri də bu nömrədə
təqdim olunur.
Mənzər
Niyarlının "Bir adamlıq qəbir” hekayəsi pandemiyanın insan xislətinə işıq tutan
yönlərini açmağa çalışır.
Fidan Rzayevanın tərcüməsində Bertold Brextin
"Qalileyin həyatı” pyesi günümüzün ovqatına bələbçilik edir: ”Bizim üçün hələ hər
şey qabaqdadır”.
Nizaməddin Mustafanın "Türk – İslam mədəniyyətinin
cüt gücü: şeir və musiqi” publisistik yazısıhumanitar siayasətin ziqzaqlı
yoluna işıq tutur.
Tənqidçi
Nərgiz Cabbarlı ötən ilin romanlarını təhlil edir.
Jurnalın Tənqid və Ədəbiyyatşünaslıq rubrikası
yenə də bir – birindən maraql yazılarla zəngindir: Sona Vəliyeva ötən əsrin 20-ci illərindəki ədəbi mühakimələrdən danışır. Tahirə Məmməd ədəbiyyatımıza erməni
müdaxiləsini araşdırır. Vaqif Yusifli "Ədəbi fraqmentlər”də "Yeriyən Naxçıvan
adlandırdığı Hüseyn Həşimlini anır. Onun "Şairlər bir dəfə doğulur...”
yazısınınünvanı isə şair Kəramət Şükürovun
son yaradıclıq nümunələridir.
Ənənəvi Kitab rəfi yeni nəşrləri tanıdır.