Biz imzaları yox, əsərləri dərc edirik...

“Azərbaycan xalq mahnıları” festivalı çərçivəsində növbəti konsert keçirilib
313
12 Oktyabr 2018, 09:30
  Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan xalq mahnıları” festivalı çərçivəsində növbəti konsert keçirilib.

 AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Televiziyası və "Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşıb.

 


 

 Festivalda tarzən, Xalq artisti Ramiz Quliyev, pianoçu Nizami Əliyev, pianoçu Leyla Əliyeva və qarmonda Seymur Həsənov xalq mahnılarını yeni aranjemanda səsləndiriblər.

 Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 Xatırladaq ki, oktyabrın 8-dən başlanan festival ayın 12-də yekunlaşacaq.