Yanvarın 14-də "Azərbaycanda müxtəlif din və
mədəniyyətlərin sülh və əmin-amanlıq şəraitində mövcudluğu" mövzusunda
Amerika Birləşmiş Ştatlarının Texas, Dallas Cənubi Metodiki Universiteti və
Azərbaycan Respublikası ADA Universitenin
alimləri arasında vebinar keçirildi. Vebinar Azərbaycan-Amerika Musiqi
Fondunun təsisçisi Cəmilə Cavadova-Spitsberqin
təşkilatçılığı ilə həyata keçirilib.

Vebinarın moderatoru Cənubi Metodiki
Universitetnin qolobal dini təhsil şöbəsinin müdiri, Perkins ilahiyyat
məktəbinin professoru Robert Hant olub. Qonaq
qismində Azərbaycandan iki məşhur alim –
Nəriman Qasımoğlu və Fərid Əsədov qatılıblar. Nəriman Qasımoğlu Quranın
Azərbaycan dilinə iki müxtəlif tərcümə versiyasının müəllifi, müasir İslam
elminin tədqiqatçısı, ADA Universitenin dosentidir. Fərda Əsədov İlahiyyat İnstitutunun
ərəb ölkələri tarixi şöbəsinin müdiri, ADA Universitetinin dosentidir.
Alimləri əsərlərində Azərbaycanda qədim dinlərin və
mədəniyyətlərin yaranması və formalaşması, Azərbaycanın dini tarixində iudaizm,
Azərbaycan ərazisində Qafqaz Albaniyası xristianlığı: Alban kilsələrinin
ərəb-müsəlman hücumlarından Rus hökmdarlığına qədər taleyi, həmçinin Azərbaycan əhalisini dini xüsusiyyətləri və s.
haqqında məsələlərə toxunublar.