Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan Texniki Universitetində ilk dəfə TEDx həyata keçirilib
300
15 Noyabr 2019, 09:11
  Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Arximed 19” layihəsi çərçivəsində TEDx formatlı şəxsi inkişaf seminarı keçirilib.
  AzTU-nun rektoru, professor Vilayət Vəliyev iştirakçıları salamlayaraq tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
 
 

  Tədbirdə fəaliyyət sahələrində uğur qazanmış tanınmış şəxslər - Aytən Səfərova, Nəsimi Paşayev, Cəlalə Nəzəroğlu, Orxan Şahbaz və Vüqar Zifəroğlu öz təcrübələrini bölüşüb, həyat hekayələrindən bəhs ediblər.
  "Axına qarşı” mövzusunda keçirilən seminarın əsas məqsədi gənclərin həyatda qazandıqları uğurların dəyərləndirilməsidir.
 
 

  Sonda layihə rəhbərləri -  Zərifə Əlizadə, Ümüd Orucov, layihə menecerləri Süleyman Həmidov, Əhmədiyyə Əliyev, İdris Rüstəmov, Səbinə Qarayeva, moderator İsa Taralov və spikerlərə sertifikatlar, fəxri fərmanlar təqdim edilib.