Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad Görüşündə
443
20 Sentyabr 2019, 17:23
 Əjdər Ol və Fərid Hüseyn Dünya Yazarlarının 56-cı Belqrad Görüşündə (19-23 sentyabr) iştirak edirlər. Tədbirdə Belarusiyadan İvan A.Çarota, Bolqarıstandan Pavlina Pavlova, Böyük Britaniyadan Ceyms Saterlend, İsraildən Dorit Siberman, İtaliyadan Valentino Lozito, Polşadan Qjeqoj Valçak, Rumuniyadan Spirdon Kasiyan, Rusiyadan Vadim Mesyaç, Yevgeni Çiqrin, Lera Manoviç, Sergey Qlovyuk, Makedoniyadan Katiça Hylabkova, Slovakiyadan Milan Rixter, Tunisdən Abdal Əl Qasimi, Türkiyədən Məsut Şənol, Osman Öztürk, Fransadan Albertine Benedeto, Çernaqoriyadan Noviça Hyriç və serb yazarları təmsil olnurlar.  Ədəbi festivalın zəngin gündəliyi var. Belə ki, 20 sentyabrda Serbiya Milli Kitabxanasında festivalın rəsmi açılışı baş tutub. Festival müddətində Serbiya Yazarlar Assosiasiyasında "Milli ədəbiyyatlar və qloballaşma”, "Nəzm – ümid, cəsarət və etiqad” adlı mövzularda dəyirmi masalar və həmin günün axşamında isə iştirakçıların təqdimat və qiraət gecəsi keçiriləcək. 
 
 

 21 sentyabrda "Rakoviçada ruhi poetik təsirlər” adlı tədbir olacaq, laureatlara "Povelja Morave" mükafatının təqdim ediləcək. Həmin günün axşamı  festival iştirakçıları Serbiyanın müxtəlif şəhər və kəndləri ilə tanışlıq üçün yola salınacaq. Növbəti gün isə qonaqlar. Qeyd edək ki, şairlər qruplar şəklində Serbiyanın Aleksandrovaç, Beoipag, Veliko Qradişşe, Vrnaçka Bana, İnciya, Mrçayevçi, Pançevo, Pojeia, Zlaşibor və Pojarevaç şəhərlərinə göndəriləcəklər. Əjdər Ol və Fərid Hüseyn Serbiyanın Zlaşibor şəhərində poeziya axşamlarında çıxış edəcək qrupda təmsil olunacaqlar.
 23 sentyabr 11:00-da Serbiya Yazarlar Assosiasiyasında "Sumadija metaforaları" adlı müzakirə saatı, 14.00-da Əjdər Olun "Səhra komandirimin meymunu” adlı hekayələr və Fərid Hüseynin "Qəlbin tərbiyə dərsləri” adlı şeir kitablarının (serb dilində) təqdimat mərasimi keçiriləcək.
 Həmin gün Momçilo Nastasijeviçin 125 illik, Volt Vitmanın 200 illik yubileyi qeyd olunacaq.
 21 sentyabr 18:00-da Belqrad Dövlət Universitetinin Filologiya fakültəsində şair, filologiya elmləri doktoru Sona Vəliyevanın serb dilində nəşr edilmiş "Dünya görüş yerimiz” adlı şeirlər kitabının təqdimat mərasimi reallaşacaq. Ədiblərimizin kitab təqdimatlarında Azərbyacanın Serbiyadakı səfirliyinin nümayəndələri iştirak edəcəkdir.