Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan qısametrajlı film festivalında təmsil olunacaq
206
17 Avqust 2018, 09:53
  Dekabrın 14-16-da Türkiyədə "Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.
 
 

  AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, festival "Balkon Film” prodüser mərkəzinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul bələdiyyəsinin dəstəyi və Türkiyə Prezidenti Administrasiyasının himayəsi altında baş tutacaq.

  Festivalda Azərbaycan, Hindistan, İran, ABŞ, Braziliya, İspaniya, Fransa, Rusiya, Misir, Argentina, Suriya, Filippin, Banqladeş və digər ölkələrin filmləri iştirak edəcək.
  Hazırda iştirak üçün ərizələr qəbul olunur, artıq 53 ölkədən 350 müraciət təqdim olunub.
 "Dostluq” beynəlxalq qısametrajlı film festivalında qalib olacaq ekran əsərinin rejissoruna 40, ikinciyə 20, üçüncüyə isə 12 min lirə pul mükafat veriləcək.
 Müsabiqə çərçivəsində ayrıca bir qısa filmə 15 min lirə dəyərində "Fəthi Gemuhluoğlu dostluq mükafatı” verilərkən, 3 ekran əsəri isə 5 min lirə dəyərində mükafatlandırılacaq.
  Festivala filmlərin qəbulu oktyabrın 15-dək davam edəcək.